• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Lavrov: “Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil”

  • 17 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-si Moskvada 2016-cı ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Novator.az-ın məlumatına görə, nazir Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox qərar qəbul edilib: “İlk növbədə münaqişənin gərgin vaxtında BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş, atəşin dayandırılmasını tələb edən qətnamələri göstərmək olar. Bu qətnamələrin işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı tələbi qüvvədədir. Ancaq bu, heç bir halda güc yolu ilə olmamalıdır və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi ilə ahəngdarlıq təşkil etməlidir. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil. ATƏT-in Minsk qrupunun çoxsaylı qərarlarında, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı sənədlərdə mübahisələrin dinc yolla həlli birmənalı vurğulanır”.

Sergey Lavrov 2016-cı ilin aprel ayında münaqişə zonasında gərginliyin artmasına toxunaraq deyib ki, Ermənistan və Azərbaycanın qarşılıqlı ittihamlarını nəzərə alaraq təmas xəttində insidentlərin araşdırılması mexanizmini yaratmaq, ATƏT-in müşahidəçilərinin sayını artırmaq barədə razılıq əldə olunub: “Təəssüf ki, bunu həyata keçirmək mümkün olmayıb. Çünki ATƏT-də bununla bağlı konsensus yoxdur”.

2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələsi 30-cu ilinə qədəm qoyub. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və onun həndəvərindəki 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ münaqişənin həlli üçün bu təklifləri irəli sürür: Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə təminatını nəzərdə tutan aralıq statusun verilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə (referendumla) yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində bəzi məntəqələri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi bildirilir.

Sərmayə və sənaye: rəsmi rəqəmlər nəyi göstərir?

  • 17 Yanvar 2017
  • comments

Minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxl...

  • 17 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda