Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası”na (Sənəd) dəyişiklik edib. Novator.az bildirir ki, yenilənmiş qaydaya görə (Qərar), müqavilə (qərar) bağlandığı (verildiyi) gündən 30 gündən gec olmayaraq qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir.
Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor 7 gündən gec olmayaraq təqdim edir.
Təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə qeydiyyat orqanı müqavilənin (qərarın) qeydə alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 iş günü müddət təyin edir.