Mərkəzi Bank yanvarın 12-də bir çox xarici valyutanı bahalaşdırıb. Novator.az-ın məlumatına görə, avronun rəsmi kursu 1,8719 manatdan 1,8809 manata, rus rublunun məzənnəsi 0,0295 manatdan 0,0297 manata yüksəlib.

ABŞ dollarının məzənnəsi dəyişməyib. Dollar yanvarın 6-dan 1,7742 manata satılır.

Məzənnə siyahısında yer alan digər valyutalara belə qiymət qoyulub:

1 BƏƏ dirhəmi – 0,483 manat

1 Çin yuanı – 0,2567 manat

1 gürcü larisi – 0,6482 manat

1 ingilis funt sterlinqi – 2,1656 manat

100 İran rialı – 0,0045 manat

1 türk lirəsi – 0,4574 manat.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id