• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

XİN-in qara siyahısına 623 nəfər düşüb

  • 11 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycanın işğaldakı ərazilərinə qanunsuz gedən 180 əcnəbi jurnalist Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına salınıb. Bunu AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hacıyevin sözlərinə görə, işğal olunmuş ərazilərə qanunsuz gedən jurnalistlər daha çox MDB məkanını əhatə edib, Rusiya və Ukraynadan olan jurnalistlər bu baxımdan daha çoxdur.

XİN rəsmisi qeyd edib ki, işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar nazirliyin qara siyahısına 623 nəfər daxil edilib: “2016-cı ildə onlardan 20-yə yaxını rəsmi şəkildə üzr istədiyinə görə XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb. Onların arasında Litva, Yaponiya və Avstriyadan olan jurnalistlər də var. Daha çox Rusiya, Almaniya, Fransa, İtaliya, ABŞ-dan olan əcnəbilər Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər”.

2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələsi 30-cu ilinə qədəm qoyub. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və onun həndəvərindəki 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.

Azərbaycanın işğal altında olan ərazilərinə Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan səfər edənlər XİN-in arzuolunmaz şəxslər siyahısına salınır və onların Azərbaycana girişinə qadağa qoyulur.

Regionlar üzrə kredit və əmanət göstəriciləri

  • 11 Yanvar 2017
  • comments

Epikür bağları (vegetasiya)

  • 11 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda