Səhiyyə Nazirliyi bildirir ki, 2016-cı ildə 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb, onların 327 nəfərində kəskin leykoz müəyyən edilib. Rəsmi məlumata görə, ötən il qan xəstəlikləri ilə bağlı 12 min 628 vətəndaş müraciət edib. Hazırda 27 min 523 xəstə dispanser qeydiyyatdadır.
2016-cı ildə hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələrlə bağlı 522 min 639 laborator müayinə aparılıb.
Ötən il Mərkəzi Qan Bankı üzrə donor sayı 44 min 393 nəfər, ölkə üzrə 11 ay ərzində donor sayı 76 min 692 nəfər, tədarük edilən qanın miqdarı 36 min 368,9 litr olub.
2016-ci ildə nikah qabağı müayinədən 143 min 694 nəfər keçib, 4 min 649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis, 109 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan 42 cütlük müəyyən edilib.