Vergi Məcəlləsinə dəyişikliklər haqda izahlı materiallar
Vergilər Nazirliyi Vergi Məcəlləsinə edilmiş dəyişikliklər haqda izahlı materiallar yayıb. Novator.az xatırladır ki, ötən ay Vergi Məcəlləsinə 201 dəyişiklik edilib. Məcəlləyə 115 yeni maddə əlavə olunub, 83 maddə dəyişdirilib, 3 maddə isə məcəllədən çıxarılıb.
123 maddə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddə vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.