• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mehman Hüseynov yoxa çıxıb

  • 10 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Bloqçu Mehman Hüseynovu yanvarın 9-da mülki geyimli şəxslər tutub. “Azadlıq” radiosunun məlumatına görə, “Nida” Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli “Facebook” sosial şəbəkəsində yazıb ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə bununla bağlı müraciət olunub, Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsindən dostlarına Mehman Hüseynovun axtarıldığını deyiblər.

Ülvi Həsənli şahidlərə əsasən bildirir ki, Mehmanı Bakının mərkəzində, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, “Hiss Klub”un yaxınlığında mülki geyimli şəxslər maşına basıb naməlum istiqamətə aparıblar: “Bu o deməkdir ki, Mehman ya oğurlanıb, ya da həbs olunub”.

Mehman Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov bloqçunun “Sancaq” səhifəsindən canlı yayım edərək onun həbs olunma ehtimalından danışıb. O qeyd edib ki, Mehmanı kafedən çıxarkən 5-6 şəxs zorla tutaraq naməlum istiqamətə aparıb: “Saxlanarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib”.

Yanvarın 10-da vəkil Elçin Sadıqov “Azadlıq” radiosuna deyib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Bakı Şəhər Baş Polis İdarəsinə gedib, amma bloqçu ilə bağlı hər hansı məlumat ala bilməyib.

Son vaxtlar bloqçu öz səhifəsində bir neçə villanın görüntülərini yayıb. O, həmin villaların nazirlərə, deputatlara məxsus olduğunu açıqlayıb. Mehman Hüseynovu bir müddət öncə Bakı Şəhər Baş Polis İdarəsinə çağırıb sosial şəbəkələrdəki statusları ilə bağlı iradlar bildiriblər.

Bloqçunun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri olub. 2014-cü ildə ona qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.

Avroda yüksəliş

  • 10 Yanvar 2017
  • comments

Neft büdcə qiymətindən 15,83 dollar bahadır

  • 10 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda