• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bloqçu bir aylıq həbs edilə bilər

  • 10 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Bloqçu Mehman Hüseynovu Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinin əməkdaşları saxlayıb. Bunu vəkil Elçin Sadıqov sosial şəbəkədə açıqlayıb.

Elçin Sadıqov bildirib ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunur. Bloqçunun işi artıq məhkəməyə təqdim edilib və Mehman Hüseynov hazırda Nəsimi Rayon Məhkəməsindədir.

Novator.az bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Mehman Hüseynovu yanvarın 9-da mülki geyimli şəxslər Bakının mərkəzində, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, “Hiss Klub”un yaxınlığında maşına basıb aparıblar.

Mehman Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov bloqçunun “Sancaq” səhifəsindən canlı yayım edərək onun həbs olunma ehtimalından danışıb. O qeyd edib ki, Mehmanı kafedən çıxarkən 5-6 şəxs zorla tutaraq aparıb: “Saxlanarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib”.

Son vaxtlar bloqçu öz səhifəsində bir neçə villanın görüntülərini yayıb. O, həmin villaların nazirlərə, deputatlara məxsus olduğunu açıqlayıb. Mehman Hüseynovu bir müddət öncə Bakı Şəhər Baş Polis İdarəsinə çağırıb sosial şəbəkələrdəki statusları ilə bağlı iradlar bildiriblər.

Bloqçunun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri olub. 2014-cü ildə ona qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.

Vergi Məcəlləsinə dəyişikliklər haqda izahlı mater...

  • 10 Yanvar 2017
  • comments

Nazirlər Kabinetinin iclası keçirilib

  • 10 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda