Yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Artım ötən ilin noyabr-dekabr aylarında 26 şəhər və rayonda diaqnostik qiymətləndirmədən keçən müəllimlərə şamil olunacaq. Xəbəri yanvarın 9-da Təhsil Nazirliyi yayıb.
Prezidentin 16 yanvar 2015-ci il sərəncamında bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub. Hazırda əməkhaqqı artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edir.
2017-ci ildə imtahandan keçən müəllimlərin əməkhaqqı 2018-ci il yanvarın 1-dən artırılacaq. Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan fərqli əməkhaqqı sisteminin tətbiqi məsələsi müzakirə olunacaq.