38 minə yaxın müəllimin əməkhaqqı artırılıb

6022 2

Yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Artım ötən ilin noyabr-dekabr aylarında 26 şəhər və rayonda diaqnostik qiymətləndirmədən keçən müəllimlərə şamil olunacaq. Xəbəri yanvarın 9-da Təhsil Nazirliyi yayıb.

Prezidentin 16 yanvar 2015-ci il sərəncamında bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub. Hazırda əməkhaqqı artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edir.

2017-ci ildə imtahandan keçən müəllimlərin əməkhaqqı 2018-ci il yanvarın 1-dən artırılacaq. Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə  və bir sıra digər meyarlara əsaslanan fərqli əməkhaqqı sisteminin tətbiqi məsələsi müzakirə olunacaq.

Bu materialda

Müzakirəyə qoşul

2 comments

  1. Sədaqət Camıyeva Cavabla

    Salam mən bilmək istəyirəm dioqnostik qiymətləndirmədən keçən müəllim 10-30 bal toplayıb 18-27saat dərs yükü var mən 41 bal toplamışam 18 saat dərs yüküm var bu nə dərəcə düzdü. Zəhmət olmasa açıqlama verərdiniz

  2. Sədaqət Camıyeva Cavabla

    Xahiş edirəm hörmətli Nazirimiz Mikayıl Cabbarov cənabları dioqnostik qiymətləndirmədən yüksək bal toplayan müəllimlər nəzərə alınsın

No widget found with that idNo widget found with that id