Prokurorluq yeni həbslər aparıb
Baş Prokurorluğun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin araşdırması zamanı Bakıda fəaliyyət göstərən “Fazil” firmasının istehsal etdiyi “Rossiyskoye №40” və “Rossiyskoye №10” kombinə edilmiş xüsusi yağ nümunəl...
Azərbaycan nefti 30 dollardan aşağı düşdü
Dünya birjalarında neft yenə ucuzlaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar azalaraq 29,12 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar düşərək 28,55 dollar olub. “AzəriLayt” markalı neftin bir barreli isə 0,82 dol...
Mərkəzi Bank manatı yenə ucuzlaşdırdı
Yanvarın 19-da Mərkəzi Bank manatın məzənnəsini yenə aşağı salıb. Transparency.az bildirir ki, rəsmi kursla 100 dollar 158 manat 70 qəpikdən 160 manat 28 qəpiyə qalxıb. 100 avronun rəsmi qiyməti isə 173 manat 93 qəpikdən 174 manat 51 qəpiyə yüksəlib. 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasi...
Geniş özəlləşdirmə haradan başlana bilər?
Prezident İlham Əliyev yanvarın 18-də keçirilən iqtisadi və sosial müşavirədə beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması ilə bağlı tapşırıqlar verib. Transparency.az-a bu mövzuda danışan iqtisadçı ekspert Rövşə...
Dünyada sosial təbəqələşmə kəskinləşir
Dünyanın ən varlı insanlarının sərvətinin həcmi 2010-cu ildən bəri 0,5 trilyon dollar artaraq 1,76 trilyon dollara çatıb. Bəşəriyyətin ən aztəminatlı hissəsi isə eyni müddətdə öz sərvətinin 41 faizini itirərək təqribən 1 trilyon dollar yoxsullaşıb. Yoxsulluğa qarşı mübarizə təşkilatlarının beynəlxal...
Dövlət başçısından investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracı haqda göstərişlər
Yanvarın 18-də prezident İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman, “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. İqtisadiy...
Maaşlar artdı
Yanvarın 18-də prezident İlham Əliyev əməkhaqlarının artırılması barədə sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında, mədəniyyət, gənclər və idman, səhiyyə, sosial təminat, təhsil müəssisələrində çalışan işçi...
Dollarla “ipoteka krediti”?
Əkrəm Həsənov Son dövrdə mənə Bank VTB-dən dollarla “ipoteka krediti” almış bir çox vətəndaş müraciət edir. Məlumata görə, bəzi digər bankların da analoji layihəsi var. Amma VTB-də bu layihə kütləvi xarakter daşıyır. Əslində, bu layihə ipoteka krediti deyil, onun İpoteka Fondu xətti ilə verilən kred...
Prezident İlham Əliyevin keçirdiyi müşavirə – VİDEO
Yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib. AZƏRTAC-ın məlumatına görə, prezident bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi d...
Pakistan “YouTube”a girişi bərpa edir
Pakistanda “YouTube” vedeo portalına giriş bərpa ediləcək. Bununla bağlı Pakistan hökuməti müvafiq qərar hazırlayıb və yaxın vaxtlarda qərar qüvvəyə minəcək. Novator.az xəbər verir ki, İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyinin rəsmisi Saqir Vattu yanvarın 18-də jurnalistlərə bel...
Rusiyalıları ən çox nə narahat edir?
Rusiya əhalisinin 53%-i siyasi və iqtisadi sabitliyi ölkə üçün ən vacib problem sayır. Novator.az xəbər verir ki, “Levada” Araşdırmalar Mərkəzinin apardığı sorğuda belə nəticə ortaya çıxıb. Mərkəzin məlumatına görə, Rusiya əhalisinin 51%-i hesab edir ki, sosial təminat, əməkhaqqı və pensiyaların vax...
Avronun zonası
Avro nağdsız dövriyyəyə 1999-cu ildə buraxılıb, 2002-ci ildən isə real pul vahidi kimi işlədilir. Bəs avro zonasına hansı ölkələr daxildir? Transparency.az bildirir ki, zonaya daxil olan ölkələrin 19-u Avropa İttifaqının üzvüdür: Almaniya, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, İrlandiya, ...
Britaniya hökuməti müsəlman qadınlar üçün fond yaradıb
Böyük Britaniya hökuməti ölkədə yaşayan müsəlman qadınlara ingilis dilinin öyrədilməsi üçün 20 milyon funt sterlinq həcmində (29 milyon ABŞ dolları) fond təsis edib. Novator.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron yanvarın 18-də “Tayms” qəzetində çıxan məqaləsində bildiri...
İlham Əliyev müşavirə keçirdi
Yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib. AZƏRTAC-ın məlumatına görə, prezident bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi d...
Nazir müavini yeni fərman və sərəncamların anonsunu verdi
Yanvarın 18-də mətbuat konfransı keçirən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev prezident İlham Əliyev sosial müdafiə sahəsində imzaladığı sərəncam və fərmanlardan söz açıb. Həmin sənədlərə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ...
Azərbaycanlılar alman radiosuna etiraz məktub göndərib
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi yanvarın 10-da “Deutschlandfunk” radiosunda yayımlanan “Mövcud olmayan ölkədə” adlı reportaja görə radio rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Reportajın müəllifi, jurnalist Sven Toniges bir qrup alman turistlə birgə Azərbaycanın işğal altında o...
Pensiya artımının detalları bəlli oldu
Prezident İlham Əliyevin 16 yanvar sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev yanvarın 18-də bununla bağlı mətbuat konfransı keçirib. AZƏRTAC-ın məlumatı...
Neft düşə-düşə gedir
AZƏRTAC-ın 18 yanvar məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 28,82 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 28,18 dollara satılır. “AzəriLayt” markalı neftin bir barreli isə 0,82 dollar ucuzlaşaraq 30,72 dollara düşüb.
Hökumətdə yeniliklər
Dövlət başçısı İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadiyyat Nazirliyi adlandırılmasına sərəncam verib. Digər sərəncamla Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri təyin olunub. Transparency.az bildirir ki, Şahin Mustafayev adı son üç ildə ikinci dəfə dəyişdirilən (2013-cü ilə...
Dollar 1 manat 58 qəpiyi keçdi
Yanvarın 18-də Mərkəzi Bank dolların manata məzənnəsini artırıb. Transparency.az bildirir ki, rəsmi kursla 100 dollar 158 manat 70 qəpiyə satılır. 100 avronun rəsmi qiyməti isə 173 manat 93 qəpik müəyyən olunub. 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ...