“TURAZ Şahini-2016” birgə taktiki-uçuş təlimləri başlayıb
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək...
Büdcədəki valyuta xərcləri manatı xərcə salır
Manatın devalvasiyası dövlət büdcəsində tək gəlirləri yox, xərcləri də artırıb. İqtisadçı ekspert Rövşən Ağayev bu fikirdədir. Novator.az-ın məlumatına görə, Rövşən Ağayev bildirir ki, devalvasiya büdcənin valyuta ilə planlaşdırılan xərclərinin artmasını qaçılmaz edib: “Builki büdcənin ilkin variant...
Ədliyyə Nazirliyi ilin ən populyar adlarını açıqlayıb
Ədliyyə Nazirliyi 2016-cı ilin geridə qalan dövründə Azərbaycanda doğulmuş uşaqlara ən çox hansı adların qoyulduğunu açıqlayıb. Novator.az-ın məlumatına görə, ən populyar adlar siyahısına Yusif adı başçılıq edir: 382 uşağa Yusif adı verilib. İkinci yerdə Zəhra adı (311 uşaq), üçüncü yerdə Nuray adı ...
Manatın kursu son iki ay yarımda necə dəyişib?
Transparency.az manatın kursunun son iki ay yarımda necə dəyişdiyinə nəzər salıb. Ötən il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 55 qəpik olub. Həmin gündən bəri kurs belə dəyişib: 22 dekabr – 1,5511 man...
Putini Avropaya buraxmamaq təklif olunur
Avropa Parlamentinin 57 deputatı Rusiya prezidenti Vladimir Putinə sanksiyalar tətbiq etməyə çağırıb. Transparency.az-ın məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogeriniyə ünvanlanan çağırışda Rusiya prezidentinə və daha 28 məsul şəxsə ...
Xədicə İsmayılın tərcümə etdiyi kitabın təqdimatı olacaq
Məhbus jurnalist Xədicə İsmayılın ingiliscədən tərcümə etdiyi “Cakaranda ağacının uşaqları” romanının təqdimatı keçiriləcək. Təqdimat mərasimi Bakıda, martın 13-ü saat 15:00-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında olacaq. Mərasimin təşkilatçısı NİDA Vətəndaş Hərəkatıdır. Tədbirdə kitabın sa...
Azərbaycanda 100 min nəfərə 238 dustaq düşür
Avropanın 47 ölkəsini birləşdirən Avropa Şurası həbsxana statistikasını açıqlayıb. Avropada hər 100 min nəfərə 124 məhbus düşür. “Azadlıq” radiosu xəbər verir ki, statistika 2014-cü il sentyabrın 1-nə olan vəziyyətə əsaslanır. O vaxt Azərbaycanda 22579 dustaq olub. Bu da əhalinin hər 100 min nəfərin...
Neftin qiyməti yenə yüksəlib
Dünya birjalarında neftin qiyməti yenə yüksəlib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,39 dollar bahalaşaraq 36,69 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 39,82 dollar olub. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin...
Dollar 1 manat 62 qəpiyi, avro 1 manat 78 qəpiyi ötüb
Martın 9-da Azərbaycan manatının xarici valyutalara məzənnəsi dəyişib. Transparency.az xəbər verir ki, ABŞ dollarının rəsmi kursu 1,6105 manatdan 1,6228 manata yüksəlib. Avronun satış kursu da artıb. Martın 7-də Mərkəzi Bankın 1,7699 manata təklif etdiyi avro bu gün 1,7807 manata satılır. Rusiya rub...
Torpaqların uçotu: yeni qaydalar təsdiq edilib
Dövlət başçısı İlham Əliyev Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlərə fərman verib. Martın 7-də imzalanmış fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qa...
Azərbaycan-Qətər sənədləri imzalanıb
Prezident İlham Əliyev martın 8-i Bakıda Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşlər keçirib. Geniş tərkibli görüşdə çıxış edən İlham Əliyev deyib ki, iki ölkənin mükəmməl siyasi münasibətləri var: “Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İ...
Fuad Qəhrəmanlının işi: şikayətlər təmin olunmadı
Martın 7-də Bakı Apellyasiya Məhkəməsində Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədr müavini Fuad Qəhrəmanlının iki şikayətinə baxılıb. Məhkəmə şikayətlərin heç birini təmin etməyib. Martın 2-də Nəsimi Rayon Məhkəməsi Fuad Qəhrəmanlının istintaq dövründə girov müqabilində həbsdən buraxılması barədə ...
Valyuta ehtiyatlarının ərimə dinamikası
Səkkiz il öncə, 2008-ci il martın 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 13,6 milyon dollar olub. Hazırda Mərkəzi Bankın hesabındakı ehtiyat həmin məbləğdən 13 milyon dollar çoxdur. Mərkəzi Bankın rəsmi hesabatına görə, martın 1-nə valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollardır. Tran...
Xədicə İsmayılla görüşə icazə verilməyib
Martın 7-də Sivil Toplum Platformasının bir qrup üzvü jurnalist Xədicə İsmayılın cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər. Lakin görüşə icazə verilməyib və nəticədə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyəni Xədicə İsmayıla çatdırmaq mümkün olmayıb. Həbsxana işçiləri bunu mar...
Azərbaycan qadınları: statistika
Dövlət Statistika Komitəsi martın 8-də qeyd olunan Beynəlxalq Qadınlar Günü ərəfəsində hesabat yayıb. Məlumata görə, 2016-cı ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 870 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulmuş 166,2 min körpənin 46,8 faizi qız uşaqlarıdır. ...
Taleh Bağırovun həbs müddəti uzadılıb
Martın 7-də Nəsimi Rayon Məhkəməsində baş prokurorun birinci müavini Rüstəm Usubovun “Müsəlman birliyi” hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov ilə bağlı təqdimatına baxılıb. Təqdimat əsasında ilahiyyatçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay – iyunun 26-dək...
Xınalığa 33 santimetr qalınlığında qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 6-sı gündüzdən 7-si səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, həmin müddətdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb...
Yeni büdcədə media: MTRŞ-də azalma, AZƏRTAC-da artım var
2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qüvvəyə minib (Detallar). Transparency.az xəbər verir ki, büdcənin əvvəlki variantında Milli Televiziya və Radio Şurası üçün 803 min 862 manat vəsait nəzərdə tutulmuşdu. Yenilənmiş büdcədə vəsait 793 min 837 manatdır, 10 min 25 manat azalma var. Radio, tel...
Ali dövlət qurumları və güc strukturları: kimin büdcəsi dəyişib?
2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanunu imzalanıb, onun qüvvəyə minməsi ilə əlaqədarfərman verilib. Transparency.az büdcədəki yenilənmənin ali dövlət qurumları və güc strukturlarına ayrılan vəsaitə necə təsir etdiyinə nəzər salıb: Milli Məclis – 22 milyon 694 min 934 manat (əvvəlki büdcəd...
Dövlət Təhlükəsizliyi Xidmətində yeni təyinatlar
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub. APA xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib. İ.Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb. Sonradan MTN-dən uzaqlaşdırılıb...