Belarusda pensiya yaşı artırılır
Belarus hökuməti pensiya yaşını üç il artırır. Novator.az xəbər verir ki, baş nazirin müavini Natalya Koçanova martın 28-də prezident Aleksandr Lukaşenkonun yanında keçirilmiş iclasın nəticələri ilə bağlı açıqlamada belə deyib. Koçanova pensiya yaşının hər yarım ildən bir artımla 6 il ərzində 3 ilə ...
Milli Məclisin iclasında üç məsələyə baxılıb
Martın 18-də Milli Məclisin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Nüvə materialının fiziki mühafizəsi haqqında” konvensiyaya düzəliş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə (Bəyanat) təsdiq edilib. “Nüvə materialının fiziki mühafizəsi haqqında” konvensiya 1979-cu il oktyabrın 26...
Dövlət Neft Fondunun büdcəsi dəyişdi: gəlir azaldı, xərc çoxaldı
Martın 18-də prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə düzəliş edib. Transparency.az bildirir ki, yeniliyə görə, Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 6 milyard 711 milyon 564,1 min manatdan 4 milyard 578 milyon 474,6 min manata endirilib. Xərclər isə 8 ...
Xarici valyutanın Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydaları təsdiqlənib
Mərkəzi Bank xarici valyutanın Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydalarını təsdiqləyib. AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə ...
Siyasi məhbus siyahısı yenilənəcək
Azərbaycanın bəzi hüquq müdafiəçiləri və ictimai fəallarının tərtib etdiyi siyasi məhbus siyahısı yenilənəcək. Transparency.az-ın əldə etdiyi məlumata görə, tərtibçilər Novruz tətilindən sonra siyahıya yenidən nəzər salacaqlar. Son günlərədək siyahıda 93 nəfərin adı olub. Martın 17-də 1 nəfər məhkəm...
İranda ilk dəfə qadın rayon başçısı təyin edilib
İran İslam Respublikasında ilk dəfə qadın rayon rəhbəri təyin olunub. Bu, Sədiqə Rabieyidir. O, Qəzvin əyalətinin Əlbürz rayonuna başçı təyin edilib. Novator.az xəbər verir ki, Sədiqə Rabieyinin namizədliyini rayonun ondan əvvəlki rəhbəri irəli sürüb, əyalətin qubernatoru (ostandarı) isə bunu təsdiq...
Rusiyada məhkəmə iclaslarını videoya çəkmək məcburi olacaq
Martın 18-də Rusiya Dövlət Duması məhkəmə iclaslarının məcburi qaydada videoya çəkilməsi haqda qanun layihəsini ilk oxunuşda qəbul edib. Novator.az xəbər verir ki, bu qanun layihəsi hökumətin təşəbbüsü ilə irəli sürülüb. Layihədə federal məhkəmə iclaslarının məcburi qaydada videoya çəkilməsi qaydası...
Serbiyada 46 məmur korrupsiya ittihamı ilə tutulub
Serbiyanın hüquq mühafizə orqanları “Skaner” adlı xüsusi əməliyyat keçirərək iqtisadi cinayətkarlıqda və çirkli pulların yuyulmasında şübhəli bilinən 46 nəfəri saxlayıb. Novator.az-ın məlumatına görə, ölkənin daxili işlər naziri Neboyşa Stefanoviç martın 18-də jurnalistlərə belə açıqlama verib. Nazi...
İqtisadçı ekspert: “Gecikirik, Rusiyanı əldən çıxarırıq”
İqtisadçı ekspert Qalib Toğrul hökuməti turizm sektorunun inkişafı üçün viza islahatlarını sürətləndirməyə səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert vurğulayıb ki, iqtisadiyyatın prioritet sahələrindən biri də turizm və əyləncədir: “Azərbaycanda turizm sektorunun inkişafının başlıca şərt...
Vakant direktor vəzifələrinin tutulması üçün müsabiqə keçiriləcək
Ümumi təhsil müəssisələrinə vakant direktor vəzifələrinin tutulması üçün mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək. Təhsil Nazirliyinin məlumatına görə, 4 mərhələdən ibarət müsabiqə mart-aprel aylarında baş tutacaq. Təsdiq edilmiş yeni qaydalara əsasən, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali ...
Manata sərf olunan valyutanın həcmi 2 milyard dollara çatır
Martın 18-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondunun məlumatına görə, qurum hərraca 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb və 2 banka 34,3 milyon dollar satıb. Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard ...
Azadlıqda (FOTO, VİDEO)
Martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub. Sərəncamla azadlığa buraxılanlar...
“Azadlıq” radiosunun baş redaktoru: “Xədicə də onların arasında olmalı idi”
“Azadlıq” radiosunun baş redaktoru Nenad Pejic Azərbaycan prezidenti İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamına jurnalist Xədicə İsmayılın adının salınmamasından məyusluğunu ifadə edib. Radionun yaydığı məlumata görə, Nenad Pejic deyib: “Biz ifadə və sərbəst toplaşma azadlığı kimi təməl ...
Azərbaycanın ümumi daxili məhsulu son 20 ildə ilk dəfə azalıb
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 7 milyard 888 milyon 700 min manatlıq ümumi daxili məhsul istehsal (ÜDM) edilib. Bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz azdır. Transparency.az bildirir ki, Azərbaycanın ümumi daxili məh...
Ekoloji pozuntular: hüquq mühafizə orqanlarına 23, məhkəmələrə isə 6 iş göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 1-15 mart arası ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Rəsmi məlumata əsasən, müxtəlif qanun pozuntularına görə 130 akt və protokol tərtib olunub, nöqsa...
ABŞ Dövlət Departamenti əfv sərəncamını alqışladı
ABŞ Dövlət Departamenti prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibət bildirib. 17 mart sərəncamı ilə azadlıqdan məhrum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub. “Azadlıq” radi...
İmtahandan keçmiş müəllimlərin maaşı artırıldı
Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında 16 yanvar 2015-ci il sərəncamı ilə ...
Dollar 1 manat 60 qəpikdən aşağı düşüb
Martın 18-də ABŞ dolları Azərbaycan manatı qarşısında ucuzlaşıb. Transparency.az xəbər verir ki, dolların rəsmi məzənnəsi 1,6102 manatdan 1,5971 manata enib. Avro və Rusiya rublu isə bahalaşıb. Avronun rəsmi kursu 1,8063 manatdan 1,8066 manata, rublun məzənnəsi 0,0234 manatdan 0,0235 manata yüksəlib...
Azərbaycan nefti 42 dollardan baha satılır
Dünya birjalarında neftin bahalaşması davam edir. Martın 18-də Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 40,24 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 41,63 dollara qalxıb. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,53 dollar bahalaşaraq 42,63 ...
Bu il Azərbaycan neftinin qiyməti necə dəyişib?
Transparency.az Azərbaycan neftinin qiymətinin 2016-cı ildə necə dəyişdiyinə nəzər salıb. Yanvarın 5-də “AzəriLayt” markalı neftin bir barreli 37,64 dollara satılıb. Bu, ötən ilin son günlərində qeydə alınmış qiymətdən (38,23 dollar) aşağı olub. Ardınca ucuzlaşma gedib. Yanvarın 11-də “AzəriLayt”ın ...