• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ: 30 il olur

  • 30 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələsi 30-cu ilinə qədəm qoyur. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və onun həndəvərindəki 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ münaqişənin həlli üçün bu təklifləri irəli sürür: Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə təminatını nəzərdə tutan aralıq statusun verilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə (referendumla) yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində bəzi məntəqələri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi bildirilir.

2017-ci il Qarabağ cəbhəsində nələrlə əlamətdar ola bilər? Münaqişənin dinc yolla çözümünə şans varmı? Müharibə ehtimalı nə qədərdir? Novator.az-ın suallarına ekspertlər cavab verib.

Siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, cəbhədəki davamlı insidentlər Dağlıq Qarabağ probleminin hər an alovlanma riskindən, qismən donmuş münaqişə olduğundan xəbər verir: “Düzdür, 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasına ümumən əməl edilir. Hər halda o dövrdən bu yana böyük hərbi əməliyyatlar aparılmayıb. Lakin atəşkəsə nəzarət mexanizmi yoxdur və iki ölkə qoşunları arasında hər hansı ayırıcı zona mövcud deyil, əraziyə beynəlxalq sülhməramlı missiya yerləşdirilməyib. Əgər münaqişənin həlli istiqamətində real addımlar atılmasa, lokal toqquşmalar davam edəcək.

Lakin mən iri müharibə gözləmirəm, Rusiya amili buna imkan vermir. Əslində aprel döyüşlərindən sonra məsələnin ölü nöqtədən tərpəndiyinə ümid yaranmışdı. İntensivləşən danışıqlar, prezidentlər səviyyəsində görüşlər münaqişənin həllinin yaxınlaşdığı haqda gözləntilərə səbəb olmuşdu. Lakin bu gözləntilər özünü doğrultmadı. Əvvəla ona görə ki, işğalçı tərəf güzəştlərə meylli deyil. Digər tərəfdən həmsədr ölkələr münaqişənin həlli istiqamətində ciddi çalışmırlar və işğalçını güzəştə məcbur etmək üçün lazımi səviyyədə səy göstərmirlər. Elə Ermənistanın güzəştsiz mövqeyi də buradan qaynaqlanır.

Təəssüf ki, Qərbi təmsil edən vasitəçilər – ABŞ və Fransa problemin həllini Rusiyanın öhdəsinə buraxıblar. Qarabağ məsələsinin həlli tamamilə Rusiyanın insafına qalıb. Moskva yalnız özünün maraqları çərçivəsində hansısa həll variantına razı ola bilər. Rusiya münaqişəni o vaxt həll edəcək ki, Azərbaycan eynilə Ermənistan kimi tamamilə onun nüfuz dairəsinə keçməyə razılaşsın. Yəni biz Rusiyanın inteqrasiya layihələrində yer alsaq, münaqişə zonasına Rusiya sülhməramlılarının yeridilməsinə razılaşsaq, Moskva problemin həllində maraqlı ola bilər.

Söhbət SSRİ dövründəkinə bənzər situasiyaya qayıtmaqdan gedir. Əgər Avrasiya İttifaqına qoşulsaq, onda Rusiya və Ermənistanla vahid iqtisadi məkanda təmsil olunacağıq, sərhədlər prinsipial əhəmiyyətini itirəcək. Bu durumda Dağlıq Qarabağın hansı inzibati sərhəd çərçivəsində qalacağı ermənilər üçün ölüm-dirim məsələsi olmaqdan çıxacaq. Daha doğrusu, Rusiya bu halda erməniləri Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması ilə barışmağa vadar edə bilər. Yəni Azərbaycan öz müstəqilliyindən vaz keçərək Rusiyanın neokolonializm siyasətində iştirak edərsə, Dağlıq Qarabağ üzərində suverenliyimizin bərpası mümkün ola bilər. Bizə bu lazımdırmı? Məncə, yox”.

REAL Hərəkatı İdarə Heyətinin üzvü, siyasi ekspert Azər Qasımlı 2017-ci ildə münaqişənin həlli ehtimalının az olduğunu düşünür: “Cəbhə xəttində ara-sıra atəşkəsin pozulması gözlənəndir. 2016-ci ilin aprel ayında baş verən toqquşma təkrarlana bilər. Lakin bunun Qarabağ probleminin həllinə qısa perspektivdə ciddi təsiri olmayacaq. Çünki Minsk qrupunun həmsədr ölkələri problemin müharibə yolu ilə həllinə müsbət baxmır və tərəflərdən hansısa birinin qələbəyə qədər, yəni problemi tam çözənə qədər hərbi əməliyyat aparacağına imkan verməyəcək.

Qarabağ münaqişəsinin dinc yolla çözülməsi şansı isə çox aşağıdır. Donald Tramp ABŞ prezidenti seçiləndən sonra yeni administrasiyanın gücünü ölkədaxili problemlərin həllinə yönəldəcəyi gözlənir. Belə halda ABŞ-ın Cənubi Qafqaz bölgəsinə böyük diqqət ayıracağı inandırıcı deyil. Ona görə bölgədə Rusiyanın təsiri daha qabarıq şəkildə özünü büruzə verəcək. Deməli, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını gözləməyə dəyməz. Çünki Rusiyanın münaqişənin həlli ilə bağlı əsas məqsədləri bölgə elitalarının və Minsk qrupunun digər həmsədr ölkələrinin maraqları ilə üst-üstə düşmür. Qarabağ problemi sülh danışıqları formatında yalnız dünya və regional güclərin iştirakı və maraqlarının təmin olunduğu təqdirdə həllini tapa bilər”.

Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayıl deyir ki, Dağlıq Qarabağ münaqişəsi haqqında atəşkəsdən bu yana, heç vaxt bu qədər ümidsiz, bədbin əhval-ruhiyyə, inamsızlıq yaranmayıb: “Mövcud ictimai-siyasi, sosial mənzərə böhran içində olduğumuzu açıq göstərir. Bu yalnız iqtisadi böhranın yaratdığı mənzərə deyil. Ölkədəki mənəvi böhran iqtisadi böhrandan daha əvvəl yaranıb və təhlükəli xarakter alıb. Onu yaradan şərtlərin kökləri idarəetmə sistemindəki haqsızlıq, ədalətsizlik, talançılıq, korrupsiya hallarının, məmur özbaşınalığının pik həddə çatması, əsassız həbslərin baş alıb getməsidir. Millətin əsrlər boyu yaratdığı, formalaşdırdığı şərəf və ləyaqət dəyərlərinin məhv olması, yaltaqlığın, yalanın, satqınlığın isə sədaqət kimi qəbul olunub mükafatlandırılması mənəvi iflasa gətirib çıxarıb. Dəyərlərinin kütləvi şəkildə sıradan çıxarıldığı bir toplumun düşmən üzərində qələbə çalma ehtimalı ehtimaldan o yana deyil. Bu mənada ictimai-siyasi, sosial mənzərəmiz qarşıdakı ildə münaqişənin həlli ilə bağlı hansısa nikbin notlar gözləməyə ümid vermir.

2017-ci il hər iki ölkənin arxa cəbhəsindəki əhval-ruhiyyəyə uyğun, daxildə baş verən gərginlik əmsalına əsasən irəliləyiş mümkündür, necə ki bu, qısamüddətli aprel döyüşlərində özünü göstərdi. Yəni daxili gərginliyi əngəlləmək, xalqın diqqətini daha çox müharibə elementlərinə fokuslaşdırmaq üçün yenə qısamüddətli döyüşlər ola bilər. Qarabağ son zamanlar hər iki tərəf üçün sığorta rolunu oynayır.

Münaqişənin dinc yolla həll olunması şansları isə həddən artıq azdır, bunu 22 illik təcrübə təsdiqləyir. Bu həm də diplomatiyamızın Qarabağ problemi ətrafında uğursuzluq zolağından çıxa bilməməsidir. Dinc yolun memarı xarici siyasətimiz olmalıdır, bu siyasət isə hələ Qarabağ problemini maraqlarımız çərçivəsində həll etməyə qadir olmadığını göstərib. Azərbaycan daxili və xarici siyasətində köklü dəyişiklik etməlidir. Əks halda dövlət, millət olaraq bizi böyük təhlükələr gözləyir”.

Minsk qrupuna müvəqqəti həmsədr təyin olunub

  • 30 Dekabr 2016
  • comments

“Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”

  • 05 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda