ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub. APA bildirir ki, 2017-ci ilin yanvarından bu vəzifəni Riçard Hoqland icra edəcək. Hazırkı həmsədr Ceyms Uorlikin səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Həmsədr postunu onunla bərabər Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov tutur.
Riçard Hoqland ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb, 30 illik diplomatik təcrübəyə malikdir.
1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün yaradılan Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan. 1994-cü ildə həmsədrlik institutu yaradılıb.