• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert: “Böhrandan çıxış şansı itirildi”

  • 29 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

İqtisadçı Qubad İbadoğlu 2016-cı ilin yekunları barədə qənaətini açıqlayıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, il ərzində iqtisadi məsələlər həm hökumətin, həm də vətəndaşın gündəliyində əsas məsələ olsa da, başlıca problemlər həll edilmədən növbəti ilə ötürülür: “Pozitiv iqtisadi gözləntilər özünü doğrultmadı. İl nəinki dönüş, heç keçid ili də ola bilmədi. Səmərəsiz və uzun müzakirələrlə, imkanları vaxtında dəyərləndirməməklə böhrandan çıxış şansı itirildi. İqtisadi böhran həm üfüqi, həm də şaquli istiqamətdə dərinləşdi. İlin sonunda böhrana məruz qalan sektorların siyahısına sənaye də qoşuldu, kənd təsərrüfatında artım tempi aşağı düşdü. 2016-cı il son 5 ildə qeyri-neft ixracatının potensialından ən az istifadə olunan, son 10 ildə ən kiçik dövlət büdcəsi formalaşdırılan il kimi tarixdə qalır.

Bu il xüsusilə istehlakçılar üçün gərgin keçdi. İl ərzində müşahidə olunan davamlı devalvasiyaya görə onsuz da çox olmayan gəlirləri dəyərsizləşən orta və aşağı ranqlı məmurlar, müəllimlər, həkimlər, mədəniyyət, idman, KİV işçiləri, cüzi gəlirlərə malik pensiyaçılar ikirəqəmli inflyasiyanın yaratdığı əlavə xərclərin əsirinə çevrildilər, onların qazancları ehtiyaclarını minimum səviyyədə ödəməyə güclə çatdı. Əlli mindən çox iş yerinin ixtisarı ilə yaranan işsizlik və istehlak xərclərinin çoxalması ilə genişlənən borclanma 2016-cı il böhranının ən böyük sosial fəsadları sayıla bilər. Xüsusilə də iş yerini itirənlər yüksək inflyasiyanın yaratdığı əlavə xərclərin altında əzilərək qara günlər yaşadılar”.

Ekspertin qənaətinə görə, ilin islahatların imitasiyası ilə keçdiyini vurğulayır: “Sistemsiz və ziddiyyətli idarəetmə qərarları, fərman və sərəncamlar yalnız islahat görüntüsü yaratmağa xidmət etdi. Nəticədə 2016-cı il nəinki islahatlar, heç islahatlara start ili kimi də yadda qalmadı.

Noyabrda Tarif Şurasının elektrik enerjisinin və təbii qazın tariflərini artırması əsaslandırılmayan, bazar tələblərini, alıcılıq qabiliyyətini və sosial vəziyyəti nəzərə almadan verilən qərar kimi ilin ən uğursuz qərarı oldu”.

Qubad İbadoğlu hesab edir ki, ilin ən çox əzilən təbəqəsi sahibkarlardır, onlar yalnız böhranın deyil, həm də haqsız müdaxilənin və əsassız cərimələrin məngənəsində sıxılıblar: “İl ərzində dövlətin ən aciz siyasəti isə kapitala nəzarətlə bağlı oldu. Ölkədən çıxan kapitalın qarşısını almağa yönələn məhdudlaşdırıcı tədbirlərə baxmayaraq Azərbaycandan xaricə külli miqdarda kapital çıxarıldı”.

Rəsmilərin qəbul cədvəli

  • 29 Dekabr 2016
  • comments

Əmlakın asan qeydiyyatı: bu il 28 kampaniya keçiri...

  • 29 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda