• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanın Xarici İşlər Nazirliyinin cəbhədəki vəziyyətlə əlaqədar bəyanatı

  • 29 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dekabrın 29-da Azərbaycanın Xarici İşlər Nazirliyi cəbhədəki vəziyyətlə əlaqədar bəyanat qəbul edib.

Novator.az-ın məlumatına görə, bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun dekabrın 29-u səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi təxribat kəskin şəkildə pislənir. Bəyanatda bu təxribat qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməl kimi qiymətləndirilir.

Bildirilir ki, rəsmi Yerevan Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərində apardığı müzakirələrə uyğun olaraq münaqişənin həlli istiqamətində konkret addımlar atmaq və substantiv danışıqlarda iştirak etmək əvəzinə müxtəlif təxribatçı əməllərlə danışıqları pozmağa, Azərbaycana qarşı təcavüzü davam etdirməyə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək hazırkı status-kvonu saxlamağa çalışır: “Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir, atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Ermənistanın təxribat və təhriki ilə apreldə yaranmış gərginlik bunun bariz nümunəsidir”.

Daha sonra bəyanatda Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibinin Nikolay Bordyujanın məsələ ilə əlaqədar şərhinə rəsmi Bakının münasibəti açıqlanır. Bildirilir ki, Bordyujanın şərhi birtərəflidir, KTMT-nin üzvü olan dövlətlərin rəsmi mövqeyinə və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə aparılan danışıqlar prosesinin mahiyyətinə ziddir.

Bəyanatda vurğulanır ki, KTMT-nin baş katibinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir: “KTMT-nin baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir”.

Xarici İşlər Nazirliyinin bəyanatı bu sözlərlə bitir: “Azərbaycan Respublikası münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək”.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 29-u səhər Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrin pusqusuna düşüb: “Döyüş toqquşması zamanı düşmən canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində tədbirlər görülür”.

Dekabrın 29-da Ermənistanın Müdafiə Nazirliyi də Azərbaycanla sərhəddə, Tavuş vilayətinin Çinari kəndi istiqamətində döyüşlərin getdiyi barədə açıqlama yayıb. Qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Şavarş Melikyan, əsgərlər Edqar Narayan və Erik Abovyan döyüşdə ölüblər.

Həmin gün məsələni şərh edərkən Nikolay Bordyuja açıq-aşkar ermənipərəst mövqedən çıxış edib. O, Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edib, eyni zamanda “KTMT üzvü olan ölkənin ərazisində baş verən bu hərəkətə təxribat kimi baxırıq” deməklə faktiki Azərbaycanı təxribatda günahlandırıb, çünki məlum olduğu kimi münaqişə tərəfləri arasında KTMT üzvi olan ölkə Ermənistandır.

Dövlətə məxsus hüquqi şəxslərin borc alması qaydas...

  • 29 Dekabr 2016
  • comments

Valyutalar bahalaşdı, dollar 1 manat 77 qəpiyi keç...

  • 30 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda