• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Büdcədən nə boylanır?

  • 28 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu 2017-ci ilin dövlət büdcəsi haqqında qanunu şərh edib. Novator.az-ın məlumatına görə, iqtisadçı yazır ki, dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat məbləğində təsdiq olunub: “Hesablamalar göstərir ki, 2017-ci ilin dövlət büdcəsi 2008-ci ildən üzü bəri büdcələr arasında dollar ifadəsində ən kiçiyidir. Eyni zamanda büdcənin dollar ifadəsində adambaşına düşən xərcləri qonşu Qafqaz ölkələrindən belə aşağıdır”.

Ekspert büdcənin reallığının şübhə doğurduğunu vurğulayır: “Büdcə gəlirlərinin yarıdan çoxunu 2005-ci ildən bəri ilk dəfə qeyri-neft sektorundan daxilolmalar hesabına təmin etmək nəzərdə tutulur. Bu isə vergi orqanları qarşısında ciddi vəzifələr qoyur. Artıq ilin sonudur. Yaxın günlərdə cari ilin büdcəsi tam xərclənərək boşalacaq, həm də büdcədə kəsir yaranacaq. Gözləntilərə görə, 2016-cı ilin büdcə kəsirinin məbləği 1 milyard manatdan çox olacaq, bu da Azərbaycanın büdcə tarixində ən böyük kəsir hesab oluna bilər.

Beləliklə, yeni büdcədə əsas yük qeyri-neft bölməsinin üzərinə düşəcək. Milli iqtisadiyyatın ən çox problemləri isə bu sektorda müşahidə edilir. Qeyri-neft ümumi daxili məhsulunda tənəzzül 6 faizə yaxınlaşır. Bu il ərzində qeyri-neft ixracat potensialı ötən ilin eyni dövrü ilə müqayisədə dörddə üçünü saxlaya bilib, idxal da ötən illə müqayisədə azalıb. Mədaxilin 14 faizini təşkil edən hüquqi şəxslərin mənfəət vergisi 228 milyon manat azalıb, digər daxilolmalar üzrə azalma isə 1 milyard 960 milyon manat olub.

Bununla yanaşı növbəti il ərzində iş yerlərinin ixtisarının çoxalması, əmək haqlarının aşağı salınması hesabına fiziki şəxslərin gəlir vergisi; zərərlə işləyən müəssisələrin sayının artması və rentabelli müəssisələrdə mənfəətin azalmasına görə hüquqi şəxslərin mənfəət vergisi; idxalın azalmasına görə əlavə dəyər vergisi və gömrük rüsumları; neft hasilatında azalmaya görə Dövlət Neft Şirkətinin və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ödənişlərində azalmaların qeydə alınması büdcə mədaxilinin formalaşmasında ciddi çətinlik yaradacaq. Bu xüsusilə ilin ilk rübündə müşahidə olunacaq.

Odur ki, yeganə ümid vergi amnistiyası adı ilə 2017-ci ilə qədər olan borcların 70 faizə qədərinin yığılmasınadır. Amma unutmayaq ki, mövcud vergi borclarının böyük hissəsi dövlət şirkətlərinə məxsusdur, özəl şirkətlərə məxsus borcları müxtəlif məhdudiyyətlər (ölkədən çıxışa qadağa, əmlakın müsadirəsi, inzibati həbs və s.) geri almaqda çətinlik çəkən Vergilər Nazirliyinin könüllü borc toplaması o qədər də asan olmayacaq”.

Dollarda sabitlik dörd gün çəkdi

  • 28 Dekabr 2016
  • comments

Yeni büdcədə media

  • 28 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda