Uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsi açıqlanıb. Novator.az-ın məlumatına görə, prezidentin 6 dekabr fərmanı ilə təsdiqlənən sənəd iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin tərkib hissəsidir.
Strateji yol xəritələrini prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik etdiyi qrup hazırlayıb. Milli iqtisadiyyat perspektivi üzrə; maliyyə xidmətlərinin inkişafına dair; ixtisaslaşmış turizm sənayesinin inkişafına dair; kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair; ağır sənaye və maşınqayırmanın inkişafına dair; kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair; peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritələri daha əvvəl dərc edilib.