Dekabrın 27-də Dövlət Gömrük Komitəsi yeni hesabat yayıb. Hesabatda qeyd olunur ki, 2016-cı ildə nəzərdə tutulan 1 milyard 810 milyon manat büdcə proqnozuna qarşı 2 milyard 246,66 milyon manat gömrük vergi və rüsumu toplanaraq proqnoza 124,12% əməl edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 654,8 milyon manat və ya 41,1% artıq deməkdir.