• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aviasiya Təhlükəsizliyi üzrə Komissiya rəsmiləşdi

  • 23 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın əsasnaməsini və tərkibini təsdiq edib. Fərman dekabrın 22-də imzalanıb.

Novator.az-ın məlumatına görə, Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır.

Komissiya mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına dair tədbirlər işləyib hazırlamaq; aviasiya təhlükəsizliyinin, o cümlədən uçuşların təhlükəsizlik səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı strateji məqsədləri müəyyən etmək; mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması ilə bağlı qabaqlayıcı əməliyyat tədbirlərinin vaxtında planlaşdırılmasını təşkil etmək kimi vəzifələri yerinə yetirir.

Qurumun Dövlət Mülki Aviasiya Administrasiyasına qanunsuz müdaxilə aktlarına qarşı aidiyyəti qabaqlayıcı tədbirlərin keçirilməsinə dair tövsiyələr vermək; dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, aeroportların, hava gəmisi istismarçılarının aviasiya təhlükəsizliyi ilə əlaqədar fəaliyyətini əlaqələndirmək; digər dövlətlərlə mülki aviasiyanın təhlükəsizliyi sahəsində əməkdaşlıq etmək hüquqları var.

Komissiyaya baş nazirin müvafiq sahəyə cavabdeh olan müavini sədrlik edir. Quruma daxili işlər naziri, fövqəladə hallar naziri, xarici işlər naziri, müdafiə naziri, nəqliyyat naziri, rabitə və yüksək texnologiyalar naziri, səhiyyə naziri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti üzvdür.

Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün Katiblik yaradılır.

Qaz və işıqda yeni güzəştlər tətbiq edildi

  • 23 Dekabr 2016
  • comments

İrkutsk qırğınından yeni rəqəmlər

  • 23 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda