• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiya Andrey Karlovla vidalaşır

  • 22 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Rusiya Türkiyədə öldürülən diplomat Andrey Karlovla vidalaşır. Novator.az-ın məlumatına görə, dekabrın 22-si Moskvada, Xarici İşlər Nazirliyində keçirilən mərasimə Rusiya prezidenti Vladimir Putin də qatılıb. Dövlət başçısı Andrey Karlovun anasına, həyat yoldaşına, oğluna, bacısına və yaxın qohumlarına başsağlığı verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Qəhrəmanı ulduzunu Andrey Karlovun qohumlarına təqdim edib.

Andrey Karlov Rusiyanın Türkiyədəki səfiri idi. O, dekabrın 19-u axşam Ankarada, fotosərgidə odlu silahla öldürülüb. Diplomatı qətlə yetirən 22 yaşlı türk Mövlüd Mərd Altıntaşı hadisə yerinə gəlmiş polis əməkdaşları güllələyib.

Andrey Karlovun qətlinə görə məsuliyyəti Suriyada fəaliyyət göstərən “Ceyş əl-Fəth” təşkilatı öz üzərinə götürüb. Ankaradakı Müasir İncəsənət Mərkəzində səfirə tapançadan atəş açdıqdan sonra Mövlüd Mərd Altıntaş Suriya mövzusunda şüarlar səsləndirmişdi.

Novator.az bildirir ki, Andrey Karlov 1954-cü ildə Moskvada doğulub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

1976-cı ildən diplomatik fəaliyyətlə məşğul olub. SSRİ-nin Şimali Koreyadakı səfirliyində, Rusiyanın Cənubi Koreyadakı səfirliyində çalışıb. 2001-2006-cı illərdə Rusiyanın Şimali Koreyadakı səfiri, 2007-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktor müavini, 2009-cu ildən direktoru postlarını tutub.

Rusiyanın Türkiyədəki səfiri postuna 2013-cü ildə təyin edilmişdi.

2016-cı il dekabrın 21-də Rusiya prezidenti Andrey Karlova ölümündən sonra Rusiya Qəhrəmanı fəxri adı verib.

Andrey Karlovun bir oğlu var. Gennadi Karlov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, Rusiyanın Şimali Koreyadakı səfirliyinin konsulluq şöbəsinin katibidir.

Nazir hesabat verib, planlardan danışıb

  • 22 Dekabr 2016
  • comments

Azərbaycan rus jurnalistin fotolarında

  • 22 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda