• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Neftçilərin axtarışı: qərargahdan yeni bilgi

  • 22 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dövlət Dəniz Administrasiyasında Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birgə yaradılan qərargah Xəzərdə itkin düşmüş neftçilərin axtarışı ilə bağlı yeni açıqlama yayıb.

Dekabrın 15-də güclü külək “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqələrinin birində estakadanı dənizə uçurub, 10 neftçi batıb. Həmin gün bir neftçinin meyiti tapılıb. Digər 9 neftçinin axtarışı davam edir.

Dekabrın 22-də yayılan məlumata görə, SOCAR-ın dalğıcları əsasən estakadanın uçub dənizə töküldüyü yerdə təmizlənmə işində iştirak edirlər. 100 ton yükgötürmə qabiliyyətinə malik “Şirvan-3” kran gəmisi vasitəsilə estakada qalıqlarının çıxarılması həyata keçirilir. Qalıqların müəyyən hissəsi sudan çıxarılıb. 24 saat boyunca bu istiqamətdə işlər davam etdirilir. Məqsəd qalıqlar arasında itkin düşmüş neftçilərin olma ehtimalıdır.

“Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri ehtimal olunan bütün istiqamətlər üzrə növbəli şəkildə axtarış-xilasetmə işlərində iştirak edir. Göyərtəsində heyətsiz sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” və “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmiləri vasitəsilə ətraf akvatoriyanın sualtı hissəsi yoxlanır.

Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məxsus bir necə ədəd “DRON” tipli pilotsuz uçan aparat helikopterlərlə yanaşı müəyyən olunan sektorlarda axtarış-xilasetmə əməliyyatına cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 2 ədəd qayıqda 6 nəfər dalğıc, nazirliyin N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyət olmaqla Qobustan rayon ərazisində və bütün sahilboyu ərazilərdə vizual axtarışlar aparır.

Kollegiya iclasında nələr müzakirə olunub?

  • 22 Dekabr 2016
  • comments

Qoşunlar həyəcan siqnalı ilə qaldırılıb

  • 22 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hadisə

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda