Tanınmış kino aktyoru, Azərbaycanın xalq artisti Muxtar Maniyev dekabrın 22-də dünyasını dəyişib. 81 yaşlı sənət adamı şəkərli diabetdən əziyyət çəkirdi, onun ayaqları amputasiya edilmişdi.
Muxtar Maniyev 1935-ci ildə Bakıda anadan olub. Yüzlərlə filmdə, o cümlədən “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Nizami”, “Ad günü”, “Babək”, “Qərib cinlər diyarında”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” kimi məşhur bədii filmlərdə çəkilib.
Allah rəhmət eləsin!