• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Səfirin qətli: Azərbaycandan reaksiyalar

  • 20 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı teleqramı göndərib. Dövlət başçısı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun faciəli ölümündən sarsıldığını vurğulayıb: “Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə terror aktı barədə bəyanat yayıb. Bəyanatda deyilir: “Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyirik. Bu faciə ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və Rusiya Xarici İşlər Nazirliyindəki bütün həmkarlarımıza dərin hüznlə başsağlığı veririk.

Bu terror aktının hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əminliyimizi bildiririk. Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiyanın və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Heç bir halda terrorizmə bəraət qazandırıla bilməz”.

Novator.az bildirir ki, Andrey Karlov dekabrın 19-u axşam Ankarada, fotosərgidə odlu silahla öldürülüb. Onu qətlə yetirən 22 yaşlı Mövlüd Mərd Altıntaşı isə hadisə yerinə gəlmiş polis əməkdaşları güllələyib.

1994-cü ildə Manisa vilayətində doğulmuş Mövlüd Mərd Altıntaş Polis Akademiyasının məzunu olub, iki il yarımdan çoxdur çevik polis qüvvələrində xidmət edirmiş.

Ankaradakı Müasir İncəsənət Mərkəzində sərgi salonuna polis vəsiqəsi ilə keçən Mövlüd Mərd Altıntaş tədbirdə çıxış edən səfirə tapançadan atəş açdıqdan sonra təkbir gətirib, Suriya mövzusunda şüarlar səsləndirib.

İrkutskda yemişan qırğını davam edir

  • 19 Dekabr 2016
  • comments

Berlindəki qanlı olayda 12 nəfər ölüb

  • 20 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Hadisə

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda