Nazirlər Kabineti “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərar qəbul edib. Novator.az bildirir ki, qərara əsasən, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb. Komissiyanın sədri baş nazirin müavini Elçin Əfəndiyevdir.
Prezident İlham Əliyev Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsinə sentyabrın 7-də fərman verib. Siyahıyaalınma 1-10 oktyabr 2019-cu ilə təyin edilib.