Berlində yük maşınının Milad bazarına qatılmış insanlara çırpılması nəticəsində 12 nəfər həlak olub, 48 nəfər yaralanıb.
Novator.az-ın məlumatına görə, hadisə dekabrın 19-u axşam baş verib. Yük avtomobilində olan iki şəxsdən biri yerindəcə öldürülüb, digəri qaçmaq istəyərkən tutulub. Almaniya mediası onun Əfqanıstan və ya Pakistan vətəndaşı olduğunu iddia edir.
Oxşar hadisə bu il iyulun 14-də Fransanın Nitsa şəhərində olub. 31 yaşlı tunisli Məhəmməd Lahuayec Buhlel dəniz qırağında yük maşınını dövlət bayramına – Bastiliya Gününə yığışmış kütləyə çırpmış, sonra atəş açmışdı. Bu terrorda 86 nəfər həlak olmuş, polis Məhəmməd Lahuayec Buhleli güllələyərək öldürmüşdü.