• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-da seçkinin nəticəsi: kollegiya yekun qərarını verdi

  • 20 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ-ın Seçicilər Kollegiyası dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib.

Novator.az-ın məlumatına görə, kollegiyada keçirilmiş səsvermədə 304 nəfər Respublikaçılar Partiyasının namizədi Donald Trampı, 227 nəfər Demokratlar Partiyasının namizədi Hillari Klintonu dəstəkləyib.

Noyabrın 8-də keçirilmiş seçkidə Donald Tramp Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanmışdı.

Seçicilər Kollegiyasında keçirilən səsvermə göstərir ki, Donald Trampa səs vermək öhdəliyi götürmüş 2 nəfər, Hillari Klintona səs vermək öhdəliyi götürmüş 5 nəfər fikrini dəyişib. Onlar partiyalarından prezidentliyə iddia etmiş başqa şəxslərə səs veriblər. Bu, 1836-cı ildən sonra ilk belə hadisədir. Həmin il Seçicilər Kollegiyasının 23 üzvü öhdəliyi pozmuşdu.

8 noyabr seçkisində öhdəliyini pozmuş kollegiya üzvlərinin 4-ü Vaşinqton ştatını, 2-si Texası, 1-i Havay adalarını təmsil edir.

Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin gələn il yanvarın 6-da keçiriləcək iclasında rəsmən bəyan olunacaq.

Seçicilər Kollegiyası ştatların ümumxalq səsverməsində müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarətdir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var. 8 noyabr seçkisində Donald Tramp daha çox ştatda qalib olduğu üçün Seçicilər Kollegiyasına Hillari Klintondan çox nümayəndə göndərib. Ölkə üzrə isə Hillari Klinton Donald Trampdan 2 milyondan çox səs toplayıb.

Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. Bütün karyerasını tikinti biznesinə həsr edib, milyarderdir.

1999-cu ildən Respublikaçılar Partiyasının üzvü olan Donald Tramp bu il iyul ayında qurumun prezidentliyə namizədi seçilib.

Məzənnələrdə nə yenilik var?

  • 20 Dekabr 2016
  • comments

Kütləvi zəhərlənmədə ölənlərin sayı 52-yə çatıb

  • 20 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda