Rusiyada müsəlmanlar üçün peyk telekanalının yaradılması üzərində iş aparılır. Novator.az-ın məlumatına görə, Rusiya Müftilər Şurası sədrinin müavini Ruşan Abbyasov dekabrın 19-da jurnalistlərə belə açıqlama verib. O bildirib ki, Müftilər Şurasının layihəsi olan peyk televiziyası müxtəlif xalqların adət-ənənələrini, mədəniyyətini işıqlandırmaq üçün düşünülür. Müsəlman kanalının ödənişli olması mümkündür.
Müftilər Şurasının rəsmisi layihənin hazırda razılaşdırma və danışıqlar mərhələsində olduğunu bildirib. Peyk kanalının hələlik Rusiya auditoriyasına xidmət edəcəyini vurğulayan Ruşan Abbyasov televiziyanın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağını da istisna etməyib.
Ruşan Abbyasov telekanalın test buraxılışının 2017-ci ildə həyata keçiriləcəyini deyib.