• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İdmanda haram: yeni cəzada nələr var?

  • 16 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

Cinayət Məcəlləsində yeniliklər dekabrın 15-də dövlət başçısının imzası ilə qüvvəyə minib. Novator.az-ın məlumatına görə, məcəlləyə “İdman yarışlarının manipulyasiyası” adlı 192-2-ci maddə əlavə edilib. İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

“İdman yarışlarının manipulyasiyası” dedikdə şəxsin özünün və ya başqalarının xeyrinə qeyri-qanuni üstünlük əldə etməsi üçün idman yarışlarının gedişatını və ya nəticəsini qəsdən dəyişdirməyə yönəlmiş əməli (hərəkəti və ya hərəkətsizliyi) başa düşülür.

Manipulyasiya məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxsin hər hansı hərəkətə (hərəkətsizliyə) görə maddi və ya sair nemət, imtiyaz və ya güzəşt istəməsi və ya alması, yaxud bu barədə təklifi və ya vədi qəbul etməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmin əməllər təkrar törədildikdə, mütəşəkkil dəstə və ya cinayətkar birliyin (cinayətkar təşkilatın) işi olduqda altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, yaxud onların özü və ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma və ya onların özünün və ya yaxın qohumlarının əmlakını tələf etmə hədəsi ilə onların hər hansı hərəkətləri etməsini və ya etməməsini tələb etmə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə nəticələnir. Həmin əməllərin həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədilməsinə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

Valyuta məzənnələri

  • 16 Dekabr 2016
  • comments

Azərbaycanın axtardığı bloqçu Belarusda tutulub

  • 16 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq
  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda