• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Amerika dolları bahalaşdırdı

  • 15 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ-ın mərkəzi bankı olan Federal Ehtiyat Sistemi (FES) dekabrın 14-də uçot dərəcəsinin 0,25 faiz artırılması barədə qərar qəbul edib. Uçot dərəcəsinin yuxarı həddi 0,5 faizdən 0,75 faizə yüksəlib.

Novator.az bildirir ki, uçot dərəcəsi kommersiya banklarına verilən borclar üzrə faiz dərəcəsidir. FES ötən il dekabrın 16-da uçot dərəcəsinin yuxarı həddini 0,25 faizdən 0,5 faizə qaldırmış, bu, digər valyutalara, o sıradan Azərbaycan manatına təzyiqi artırmışdı. Dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçmiş, dolların rəsmi kursu 50 qəpik qalxmışdı.

Bu dəfə uçot dərəcəsinin 0,25 faiz artırılması barədə qərar Çinin milli valyutası yuanı zəiflədib. 1 dollar 6,9289 yuan səviyyəsində müəyyən olunub. AZƏRTAC-ın məlumatına görə, bu, ötən ilin yayından bəri Çin milli valyutasının ən aşağı məzənnəsidir. Rusiya rublunda da ucuzlaşma qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankı dekabrın 15-də ABŞ dollarının rəsmi kursunu 1,7475 manat səviyyəsində saxlayıb. Avro 1,8590 manatdan 1,8369 manata, Rusiya rublu 0,0287 manatdan 0,0284 manata enib (Məzənnələr).

2015-ci ilin yanvar ayında dolların orta məzənnəsi 0,7844 manat olub. Mərkəzi Bankın 21 fevral 2015-ci il qərarı ilə ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilib. 21 dekabr 2015-ci ildən isə qiymət 1 manat 55 qəpiyə yüksəlib. 2016-cı ilin noyabr ayında orta məzənnə 1,69 manat olub.

NATO və Avropa İttifaqına üzvlük: ukraynalılar nə ...

  • 14 Dekabr 2016
  • comments

Dövlət agentliyində yoxlamada nələr üzə çıxıb?

  • 15 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda