• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İtaliyada yeni hökumət

  • 13 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İtaliyada yeni hökumət qurulub. Novator.az xəbər verir ki, baş nazir postuna 62 yaşlı Paolo Centiloni gətirilib. O, əvvəlki hökumətdə xarici işlər naziri idi.

Demokrat Partiyasının üzvü olan Paolo Centiloni dekabrın 12-də hökumət üzvlərinin siyahısını açıqlayıb. Əvvəlki hökumətin əksər naziri kürsüsünü qoruyub. Xarici işlər nazir postuna əvvəlki daxili işlər naziri Ancelino Alfano təyin edilib. Daxili işlər nazir kürsüsünə isə əvvəlki hökumətdə xüsusi xidmət orqanlarına kuratorluq edən Marko Minniti gətirilib.

18 nazirdən ibarət hökumət dekabrın 12-si ölkə prezidentinin qarşısında and içib. Bu gün isə hökumət parlamentin aşağı və yuxarı palatalarında təsdiqlənməlidir.

Əvvəlki baş nazir Matteo Renzi 4 dekabr referendumunda məğlubiyyətə görə istefa verib. Matteo Renzi hökuməti referendumda konstitusiyanın Senatla bağlı müddəalarını dəyişdirmək istəyirdi. Təşəbbüsə əsasən, Senat üzvlərinin sayı 315-dən 100-ə düşürülməli, senatorlar ümumxalq seçkisində deyil, bölgə məclislərində seçilməli və təyin olunmalı idi. Layihədə 95 senatorun bölgə məclislərində seçilməsi, 5 senatoru prezidentin təyin etməsi, yerli və mərkəzi hakimiyyət orqanları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi nəzərdə tutulurdu. Senatın qanunların qəbulunda iştirakını minimuma endirmək, hökumətə etimadsızlıq göstərmək səlahiyyətlərinin alınması da təklif olunurdu. Seçicilərin 60 faizə yaxını konstitusiya islahatının əleyhinə səs verib.

41 yaşlı Matteo Renzi Demokrat Partiyasının lideridir. O, baş nazir postunu 2014-cü ilin fevral ayından tuturdu.

13 dekabr məzənnələri

  • 13 Dekabr 2016
  • comments

Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır

  • 13 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda