Dekabrın 13-ü Bakıda Azərbaycan prezidenti İlham Əliyevin və İsrailin baş naziri Benyamin Netanyahunun iştirakı ilə rəsmi sənədlər imzalanıb. AZƏRTAC həmin sənədlərin siyahısını yayıb:
– “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” Saziş;
– “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Saziş;
– “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya;
– “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında” Anlaşma Memorandumu.