• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Minsk qrupu ultimatum verir 

  • 09 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar. Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyronun, ABŞ-ın dövlət katibi Con Kerrinin dekabrın 8-i Hamburqdan (Almaniya) yaydığı bəyanatda deyilir: “Biz, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tam sadiq qalırıq. Aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı bildiririk, güc tətbiqi və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik. Bu münaqişənin hərbi yolla həlli yoxdur və dinc əhalinin öldürülməsi və yaralanması yolverilməzdir.

Biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik. Biz tərəfləri region xalqlarını barışığa aparan yeganə yol kimi sülh yolu ilə həllə çağırırıq. Biz həmçinin münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasının əsasını təşkil edən 1994 və 1995-ci ilin atəşkəs razılaşmalarına sadiq qalmağa çağırırıq”.

APA-nın məlumatına görə, vasitəçilər Ermənistan və Azərbaycanı bu il Vyana və Sankt- Peterburqda keçirilmiş yüksək səviyyəli görüşlərdə əldə olunan razılaşmalara hörmətlə yanaşmağa çağırır: “Biz tərəfləri ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi istiqamətində maneələri aradan qaldırmağa və insidentlərin araşdırılmasına dair mexanizmin yaradılması təklifi üzrə irəliləyişə nail olmağa çağırırıq. Təkliflər münaqişənin nizamlanması üzrə danışıqların dərhal bərpası ilə birlikdə həyata keçirilməlidir. Biz Azərbaycan və Ermənistan liderlərinə çağırışlarımızı təkrarlayaraq çeviklik nümayiş etdirməyə və hazırkı işçi təkliflərin əsasında dayanıqlı sülhə doğru irəliləmək məqsədilə danışıqlar masasına qayıtmağa çağırırıq. Danışıqlar prosesində irəliləyişə nail olunmayacağı təqdirdə zorakılığın təkrarlanması perspektivləri artacaq və tərəflər buna görə tam məsuliyyət daşıyacaq.

Biz tərəflərə xatırladırıq ki, münaqişənin həlli güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi, həmsədr ölkələrin prezidentlərinin təklif etdiyi əlavə elementlər, o cümlədən Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağın onun təhlükəsizliyinə və özünüidarəetməsinə təminat verən aralıq statusunun müəyyənləşdirilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatına əsaslanmalıdır”.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və daha 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

Qrant verə bilən büdcə qurumlarının sayı artdı

  • 09 Dekabr 2016
  • comments

“Qarabağ” qrupda qaldı

  • 09 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda