• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Elmar Məmmədyarov Ermənistanı qınayıb

  • 08 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-i ATƏT-in Nazirlər Şurasının Hamburq toplantısında çıxış edib. O deyib ki, ATƏT ərazisində həll edilməmiş silahlı münaqişələr və böhranlar, Avropada və ondan kənarda terror hücumlarının yeni dalğası və münaqişələr nəticəsində insanların genişmiqyaslı məcburi köçü təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğunu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə saydığını vurğulayıb: “Aprel gərginliyi aydın şəkildə xatırlatdı ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki bugünkü vəziyyət təhlükəlidir və istənilən vaxt gözlənilməz nəticələrə gətirib çıxara bilər. Dağlıq Qarabağ münaqişəsində status-kvonun qeyri-davamlılığına və onun dəyişməli olmasına dair ATƏT çərçivəsində yekdil mövqe mövcuddur. Azərbaycan hazırkı status-kvonun dəyişməsində ən maraqlı tərəfdir. Bu xüsusda biz Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Biz bu fürsəti davam etdirməli və həmin görüşlərdə əldə olunmuş razılaşmaları gecikdirmədən konkret tədbirlərə çevirməliyik. Biz ATƏT və Minsk qrupunun bu məsələdə fəal rol oynamalarını gözləyirik.

Siyasi müstəvidə əsaslı konkret nəticələr vəziyyəti köklü şəkildə dəyişəcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması, regional nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və şərəfli qayıdışından başlamaqla münaqişənin fəsadlarının mərhələli şəkildə aradan qaldırılması regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq”.

Elmar Məmmədyarov qeyd edib ki, Ermənistandan son bir neçə ay ərzində səsləndirilən bəyanatlar nikbinlik üçün əsas vermir və aydın şəkildə göstərir ki, bu ölkə nəticə yönümlü danışıqlara konstruktiv cəlb olunmaq niyyətində deyil: “Substantiv danışıqlara başlamaq üçün şərtlərin irəli sürülməsi cəhdləri Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur və açıq şəkildə sülh prosesini pozmaq məqsədi daşıyır. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi etimadı sarsıdır və Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur”.

Çıxışın mətnini Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bu da 10 il oldu

  • 08 Dekabr 2016
  • comments

Qrant verə bilən büdcə qurumlarının sayı artdı

  • 09 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda