• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Neft nəhəngləri ilə görüşə Azərbaycan və daha 13 ölkə gedir

  • 06 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Aparıcı neft ölkələrini birləşdirən OPEK-lə qeyri-OPEK ölkələri arasında dekabrın 10-u Vyanada keçiriləcək görüşə Azərbaycan da daxil olmaqla 14 ölkə qatılacaq. AZƏRTAC xəbər verir ki, görüşə Azərbaycan, Rusiya, Oman, Meksika, Bəhreyn, Kolumbiya, Konqo, Misir, Trinidad və Tobaqo, Türkmənistan, Boliviya, Bruney, Özbəkistan və Qazaxıstan dəvət olunub. Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Novator.az xatırladır ki, noyabrın 30-da OPEK neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması qərarı qəbul edib. 2017-ci il yanvarın 1-dən tətbiq ediləcək qərar 6 ay qüvvədə olacaq. Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əlcəzair, Qabon, Anqola, Ekvador, Venesuela hasilatı 1,256 milyon barrel azaldır, Liviya və Nigeriyanın gündəlik hasilatı əvvəlki səviyyədə qalır, İran isə 90 min barrel artırmaq imkanı əldə edir.

OPEK-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.

Azərbaycanın energetika naziri Natiq Əliyev OPEK-in neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılığı bazarda tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib. O hesab edir ki, neftin qiymətində sabitliyə və yüksəlişə yalnız OPEK ölkələrinin sutkalıq hasilatı 1,2 milyon barrel azaltmasını nəzərdə tutan qərar uzunmüddətli olacağı təqdirdə nail olmaq mümkündür: “Azərbaycanın mövqeyinə gəldikdə isə hamıya məlumdur ki, prezident səviyyəsində neft hasilatının və ixracın artmayacağı birtərəfli qaydada bəyan olunub. Bir daha vurğulayırıq ki, Azərbaycan neft hasilatının artırılması ilə bağlı hər hansı bir tədbir görməyi planlaşdırmır”.

AZƏRTAC-ın 6 dekabr məlumatına görə, dünya birjalarında neftin bahalaşması davam edir. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,11 dollar bahalaşaraq 51,79 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,48 dollar artaraq 54,94 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə 0,91 dollar bahalaşaraq 55,95 dollara çatıb.

Nazirlik 21,5 mindən çox müraciəti cavablandırıb

  • 05 Dekabr 2016
  • comments

Baş nazir prezidentlik yarışına girdi

  • 06 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda