• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Məclis, yoxsa Millət Məclisi?

  • 05 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

Azərbaycan parlamenti Xalq Cümhuriyyəti dövründə (1918-1920) Milli Şura adlanıb. Sovet Rusiyası Azərbaycanı işğal etməsəydi, milli dövlətin parlamentinin adı Müəssislər Məclisi olacaqdı. Milli Şuranın qəbul etdiyi qanuna əsasən, Müəssislər Məclisinə seçki keçirilməli və beləliklə, yeni adda parlament formalaşdırılmalı idi. Rus işğalı buna imkan vermədi.

Sovet dövründə Azərbaycanın parlamenti Ali Sovet adlanıb.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən az sonra, noyabr ayında Ali Sovetin 50 deputatının üzv olduğu şura – Ali Sovetin Milli Şurası yaradılıb.

1992-ci ildə həmin quruma Milli Məclis adı verilib. 1995-ci ildə qəbul olunmuş konstitusiyada parlamentin adı Milli Məclis kimi rəsmiləşib.

Türkiyədə parlament Böyük Millət Məclisi adlanır. Azərbaycanda da parlamentin adını dəyişib Millət Məclisi etmək olarmı?

Novator.az-ın sualını cavablandıran sabiq deputat Sabir Rüstəmxanlı bildirib ki, dərindən təhlil edəndə Millət Məclisi adı daha doğru seçimdir: “Şübhəsiz, Milli Məclis adı ilə Millət Məclisi adı arasında müəyyən fərqlər var. Amma parlament Milli Məclis adı ilə formalaşıbsa, bu dəqiqə iş-gücü buraxıb, ona başqa ad qoymaqla, ad dəyişdirməklə məşğul olmağına dəyməz. Milli Məclis kimi öyrəşmişik, bu şəkildə də qala bilər”.

Deputat Hikmət Babaoğlu isə hesab edir ki, hər iki adın kökü, etimoloji mənşəyi, hətta az qala semantik məzmunu eynidir: “Sadəcə, dilin inkişaf prosesində təkmilləşərək iki müstəqil sözə, yaxud leksik vahidə çevrilib. Ona görə də parlamentinin adının Milli Məclis, ya Millət Məclisi olmasının elə bir fərqi yoxdur. Məsələ ondadır ki, “millət” sözü bu gün daha çox hüquqi məzmun kəsb edir, “milli” sözü isə sosial kimliyi ifadə etməklə onun mənsubiyyətini bildirir. Yenə az qala eyni yerə gəldik. Odur ki, ad dəyişməsi prinsipial əhəmiyyət daşımır, bəlkə heç aktual da deyil”.

Deputat Zahid Oruc ad dəyişikliyinin tərəfdarıdır. O, Novator.az-a açıqlamasında xatırladıb ki, vaxtilə parlamentdə qurumun adının dəyişdirilməsi məsələsini qaldırıb: “Bu haqda çıxış etmişəm. Bildirmişəm ki, millət vəkili adlanırıqsa, parlamentimiz də Millət Məclisi olmalıdır”.

Bölgələr və əmanətlər (Yeni hesabat)

  • 05 Dekabr 2016
  • comments

“Avroviziya 2017”yə Diana gedir

  • 05 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

Trampın atəşkəs müjdəsi – İlkin reaksiyalar

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

İsrail-İran savaşında video dezinformasiyalar – “Euronews”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetŞərh

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

Trampın atəşkəs müjdəsi – İlkin reaksiyalar

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

İsrail-İran savaşında video dezinformasiyalar – “Euronews”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda