Azərbaycanı idarə edənlərin çoxu paytaxt Bakıda anadan olub. Dövlət başçısı İlham Əliyevdən başlayan siyahıda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyevlə yanaşı bir çox yüksək rütbəli məmur var.
Novator.az bildirir ki, xarici işlər naziri Elmar Məmmədyarov, ədliyyə naziri Fikrət Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, səhiyyə naziri Oqtay Şirəliyev, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, energetika naziri Natiq Əliyev, gənclər və idman naziri Azad Rəhimov Bakıda dünyaya göz açıblar.
Bakıda doğulmuş digər hökumət üzvləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır.
Baş nazir Artur Rasizadə Gəncədə doğulub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də Gəncədə dünyaya gəlib.
Parlament sədri Oqtay Əsədov Ermənistanda anadan olub. Ermənistanda doğulmuş digər yüksək rütbəli məmurlar bunlardır: baş nazirin müavinləri Əli Əhmədov, İsmət Abasov, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev.
Baş nazirin birinci müavini Yaqub Eyyubov Mingəçevirdə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayılda doğulublar.
Baş nazirin müavini Abid Şərifov Şəkidə anadan olub.
Hökumətdə Naxçıvan Muxtar Respublikasında doğulmuş bu şəxslər var: fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov.
Daxili işlər naziri Ramil Usubov Xocalıda, müdafiə naziri Zakir Həsənov Astarada, müdafiə sənayesi naziri Yavər Camalov Sabirabadda, vergilər naziri Fazil Məmmədov Şamaxıda, nəqliyyat naziri Ziya Məmmədov Ucarda, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsuda doğulublar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəmkirdə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Gürcüstanda, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cəlilabadda, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Sumqayıtda anadan olublar.