• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vüsal Qasımlının təşkilatına müraciət qaydası təsdiqlənib

  • 01 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyevin 30 noyabr fərmanı ilə dövlət qurumlarının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlər verməsi və bu prosesin maliyyələşdirilməsi qaydası təsdiqlənib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu il aprelin 20-də yaradılıb. Nizamnaməsinə görə, mərkəzin missiyası ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdir.

Qurumun icraçı direktoru postunu iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlı tutur.

Novator.az-ın məlumatına görə, yeni qaydanın məqsədlərinə uyğun olaraq mərkəz dövlət qurumlarının sifarişi əsasında bu xidmətləri göstərir:

– iqtisadi yönümlü dövlət proqramlarının və iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasının və risk təhlilinin aparılması, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğuların keçirilməsi;

– sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi;

– icra müddəti bitmiş iqtisadi yönümlü dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsi.

Xidmətlərin göstərilməsi məqsədilə dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar hər il növbəti il üçün sifarişlərini cari il mayın 1-dək, digər dövlət qurumları isə zərurət yarandıqda mərkəzə təqdim edirlər.

Mərkəz sifarişi qəbul etdikdən sonra 10 iş günü müddətində görüləcək işin müddəti və maliyyə-iqtisadi əsaslandırılması, o cümlədən xidmət haqqı ilə bağlı məlumatı sifarişi verən subyektə təqdim edir.

Dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin proqnozlaşdırılması ilə bağlı təkliflərini cari il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu qurumlar xidmət göstərilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində mərkəzlə Mülki Məcəllənin tələblərinə uyğun olaraq müqavilə bağlayırlar.

Dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə xidmətlərin dəyərinin ödənilməsi dövlət büdcəsində həmin qurumlara bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər daxilində həyata keçirilir.

Hasilatın azaldılmasına qərar verildi, neft bahala...

  • 01 Dekabr 2016
  • comments

Avro və rublun məzənnəsi dəyişib

  • 01 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda