• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İcbari tibbi sığortanın tətbiqinə başlandı

  • 30 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev icbari tibbi sığorta sisteminin tətbiqi barədə fərman imzalayıb. Novator.az-ın məlumatına görə, noyabrın 29-da verilən fərman icbari tibbi sığortanın Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində pilot layihə olaraq tətbiqini nəzərdə tutur.

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) pilot layihə başa çatanadək Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə keçir. Nazirlər Kabineti həmin qurumların balansında olan əmlakın pilot layihə başa çatanadək agentliyin istifadəsinə verilməsini 10 gün müddətində təmin etməlidir.

Agentlik tabeliyinə verilən qurumlara münasibətdə maliyyələşdirmə, aktivlərin inventarizasiyası, Əmək Məcəlləsinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi, o cümlədən işçilərin işə götürülməsi, əmək müqavilələrinin bağlanması və xitamı, həkimlərin təkrar sertifikasiyası və digər səhiyyə işçilərinin attestasiyası işlərini aparacaq. Digər səlahiyyətlər Səhiyyə Nazirliyinə verilir.

Prezident Administrasiyası bir ay müddətində Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəni və həmin pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planının layihəsini hazırlamalıdır. Pilot layihənin həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri, habelə sığorta haqqının məbləği ilə bağlı təkliflər vermək də Prezident Administrasiyasına həvalə olunub.

Maliyyə Nazirliyi pilot layihənin həyata keçirilməsi üçün 2016-cı ilin dövlət büdcəsindən 10 milyon manat, 2017-ci ilin dövlət büdcəsindən 20 milyon manat vəsait ayırmalıdır.

Dövlət başçısı Nazirlər Kabinetinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Təhsil Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə, Ədliyyə Nazirliyinə, Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə pilot layihə ilə bağlı tapşırıqlar verib.

2017-ci ilin istirahət sayılan bayram günləri

  • 29 Noyabr 2016
  • comments

Azərbaycanda internetə nəzarət sərtləşir

  • 30 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda