• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyanın hesabat məruzəsindən 

  • 28 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“2007-2015-ci illərdə Ermənistan iqtisadiyyatı 29,3 faiz artıb”. Novator.az-ın məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan lideri olduğu hakim Respublika Partiyasının qurultayında belə deyib. Hesabat məruzəsində qeyd edilib ki, 2006-cı ildə Ermənistanın 985 milyon dollarlıq ixracı olub, 2015-ci ildə isə ixrac 1 milyard 485 milyon dollara çatıb. Sərkisyan 2016-cı ilin 9 ayı ərzində ixracın 1,3 milyard dollara bərabər olduğunu vurğulayıb.

Prezident 2007-2015-ci illərdə ölkədə əməkhaqqının 39,2 faiz artdığını deyib. O bildirib ki, 2007-ci ildə minimum əməkhaqqı 20 min dram olub, hazırda 55 min dramdır. Sərkisyan dövlət sektorunda orta əməkhaqqının 2007-ci ildə 60985 dram olduğunu, 2016-cı ilin 9 ayında 160668 drama çatdığını deyib. Onun sözlərinə görə, bu ilin 9 ayında özəl sektorda orta əməkhaqqı 214169 dram olub və 2007-ci ilin göstəricisini 2,4 dəfə üstələyib.

Ermənistan prezidenti 2007-ci illə müqayisədə ölkədə orta pensiya məbləğinin 3,3 dəfə artdığını qeyd edib.

Respublika Partiyasının qurultayı noyabrın 26-sı Yerevanda keçirilib. Serj Sərkisyan yenidən partiya sədri seçilib. O, Respublika Partiyasına 2007-ci ildən liderlik edir.

Qurultaydakı məruzəsində Sərkisyan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, münaqişə Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ əsasında həll oluna bilər: “Nə qədər ki Dağlıq Qarabağın statusu qeyri-müəyyəndir, heç bir başqa məsələ öz həllini tapa bilməz”.

2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan Azərbaycana qarşı işğalçı müharibənin ən qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

Hesablama Palatası gələn ilin büdcəsinə nə rəy ver...

  • 28 Noyabr 2016
  • comments

Yeni hökuməti köhnə baş nazir qurdu

  • 28 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda