• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hesablama Palatası gələn ilin büdcəsinə nə rəy verib?

  • 28 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

Hesablama Palatası 2017-ci ilin dövlət büdcəsi layihəsinə rəy verib. Novator.az-ın məlumatına görə, rəydə qeyd olunur ki, Dünya Bankı gələn il Azərbaycanda ÜDM-in 0,7%, 2018-ci ildə 1,3% artacağını proqnozlaşdırır, Beynəlxalq Valyuta Fondu isə 2017-ci ildə 1,4%, 2018-ci ildə 2,3% artım gözləyir: “Büdcə zərfinə daxil olan məlumatlarda 2017-ci ildə ÜDM-in real artım tempi 1% göstərilir”.

Hesablama Palatası bildirir ki, 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat nəzərdə tutulur: “Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26 təşkil edəcəyi proqnozlaşdırılır.

Növbəti ildə dövlət büdcəsinin xərcləri 16 milyard 600 milyon manat məbləğində olmaqla 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 10,2%, gözlənilən icra göstəricisi ilə müqayisədə 2,4% azdır. Növbəti il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin 27% olması proqnozlaşdırılıb, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 5 faiz bəndi aşağı göstəricidir” (2017-ci ilin dövlət büdcəsi layihəsinə Hesablama Palatasının rəyi).

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün büdcə layihəsinə rəydə qeyd olunur ki, fondun gəlirləri 3,4 milyard manat nəzərdə tutulub: “Fondun növbəti ilə proqnozlaşdırılmış gəlirləri 2015-ci ilin icra göstəricisindən 16,7%, 2016-cı ilin proqnoz göstəricisindən 2,8%, gözlənilən icra göstəricisindən 8,6% çoxdur.

2017-ci ildə fondun xərclərinin 3,4 milyard manat olacağı göstərilir. Həmin vəsait 2015-ci ilin icra göstəricisini 15,8%, 2016-cı ilin proqnoz göstəricisini 2,8%, 2016-cı ilin gözlənilən icra göstəricisini 7,9% qabaqlayır”.

Bu dəfə avro bahalaşıb

  • 28 Noyabr 2016
  • comments

Sərkisyanın hesabat məruzəsindən 

  • 28 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda