Azərbaycanın “Qarabağ” komandası noyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsində (Qruplar) növbəti oyununu keçirib. Çexiyanın “Slovan” komandasının qonağı olan “Qarabağ” ağır məğlubiyyətlə üzləşib – 0:3.
J qrupunun digər matçında gözlənilməz nəticə qeydə alınıb: İtaliyanın “Fiorentina” komandası öz meydanında Yunanıstanın PAOK komandasına 2:3 hesabı ilə uduzub.
Novator.az-ın məlumatına görə, 5 turdan sonra “Fiorentina”nın 10, “Qarabağ” və PAOK-un 7, “Slovan”ın 4 xalı var. Dekabrın 8-də keçiriləcək son turda “Qarabağ” Bakıda “Fiorentina”nı, PAOK Salonikidə “Slovan”ı qəbul edir. Növbəti mərhələyə çıxmaq üçün “Qarabağ”a qələbə lazımdır. PAOK-un 3 xal almayacağı təqdirdə heç-heçə də “Qarabağ”a bəs eləyə bilər.