• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fərman: bəzi dövlət qurumlarının statusu dəyişir

  • 25 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev dövlət idarəçiliyini təkmilləşdirmək tədbirlərinə fərman verib. Novator.az-ın məlumatına görə, noyabrın 24-də imzalanan fərmanla mərkəzi icra hakimiyyəti orqanı statuslu Mənzil İnşaatı Dövlət Agentliyi, mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanları olan Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxsə çevrilir.

Dövlət orqanı hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Nazirlər Kabineti yanında icra hakimiyyəti orqanı hüquqi statuslu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Bakı Nəqliyyat Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tərcümə Mərkəzi haqqında da eyni qərar verilib.

Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə keçir.

Publik hüquqi şəxslərin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək Nazirlər Kabinetinə tapşırılıb.

2015-ci ilin dekabrında “Publik hüquqi şəxslər haqqında” qanun qəbul edilib. Publik hüquqi şəxsin pullu xidmətlər göstərmək, özünü maliyyələşdirmək hüququ var. Onun əmlakı nizamnamə fondundan, təsisçilərin verdiyi digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.

Nazarbayev, Nursultan, ya da Nur-Astana…

  • 24 Noyabr 2016
  • comments

Dollar yenə bahalaşdı

  • 25 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda