Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, noyabrın 24-ü səhərədək ölkə ərazisində yağıntılı, şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb. Qar örtüyünün hündürlüyü Altıağacda 8, Lerikdə 4, Xınalıqda 3, Şabranda 2, Pirallahı, Qəbələ, Şamaxıda 1 santimetr olub.
Abşeron yarımadasında 4-6, Aran rayonlarında 0-4, dağlıq rayonlarda və Naxçıvanda 8-12, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 14 dərəcə şaxta qeydə alınıb.