• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yolda reklam: hökumət qaydalar müəyyən etdi

  • 23 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Nazirlər Kabineti yol kənarında reklam standartlarını təsdiq edib. Novator.az-ın məlumatına görə, qaydalara əsasən, avtomobil yollarının kənarındakı reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir.

Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklam qadağandır.

Avtomobil yollarının kənarında yerləşdirilən reklam qurğuları yolda nəqliyyat vasitəsinin, piyadanın və ya digər bir obyektin olması təəssüratını yaratmamalı, habelə piyada və velosipedçilərin hərəkətinə mane olmamalıdır. Səsli reklam qurğularının yerləşdirilməsinə yol verilmir.

Reklam qurğularının bu yerlərdə quraşdırılması yasaqdır:

– yol nişanları və svetoforla birlikdə, onların dirəklərində və eyni en kəsikdə;

– dəmiryol keçidlərində, müxtəlifsəviyyəli nəqliyyat qovşaqlarının sərhədləri daxilində, körpü keçidlərində, tunellərdə və yolötürücülərinin altında, həmçinin onlarla yaşayış məntəqələri arasında 350 metrdən, yaşayış məntəqələrində isə 50 metrdən az məsafədə olan yerlərdə;

– avtomobil yolunun torpaq yatağının tökməsinin hündürlüyü 2 metr və daha çox olan sahələrdə;

– yaşayış məntəqələrindən kənarda yerləşən avtomobil yolunun reklam qurğusunun yerləşdirildiyi sahənin həmin yolun planında olan əyrilik radiusu 1200 metrdən, yaşayış məntəqələrində isə 600 metrdən az olduqda;

– avtomobil yollarının çəpərlərində və nəqliyyat axınını istiqamətləndirici qurğularda;

– istinad divarlarında, ağaclarda, qayalarda və digər təbiət obyektlərində;

– avtomobil yolunun görünmə məsafəsi yaşayış məntəqələrindən kənarda 350 metrdən, yaşayış məntəqələrində isə 150 metrdən az olan sahələrdə;

– yaşayış məntəqələrindən kənarda ümumi istifadədə olan müntəzəm sərnişin nəqliyyat vasitələrinin dayanacaqlarından 25 metrdən, yaşayış məntəqələrində isə 15 metrdən daha yaxın məsafədə;

– eynisəviyyəli piyada keçidlərində, avtomobil yollarının bir səviyyədə hər hansı kəsişməsinin torpaq sahəsində və onların sərhədləri daxilində, həmçinin onlarla yaşayış məntəqələri arasında 150 metrdən az məsafədə;

– piyadalar üçün nəzərdə tutulmuş səkilərdə reklam qurğularının dayaqlarının quraşdırılması qadağan olmaqla, reklam lövhəsinin ən son kənarı avtomobil yolunun torpaq yatağının daşından (bordür daşından) yaşayış məntəqələrindən kənarda 10 metrdən, yaşayış məntəqələrində isə 2 metrdən az məsafədə;

– “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” ilə müəyyən edilmiş elektrik şəbəkələrinin mühafizəsi zonalarında;

– videomüşahidə və nəzarət kameralarının dirəklərində və onların köməkçi qurğularında.

Avtomobil yollarının kənarında reklam lövhəsinin və ya onu bərkidən konstruksiyaların aşağı kənarı reklam qurğusunun yerləşdiyi sahənin səviyyəsindən 2,5 metrdən az olmayan hündürlükdə yerləşdirilir, habelə yolun hərəkət hissəsinin üstündə quraşdırılarkən həmin məsafə 5 metrdən az olmamalıdır.

Yaşayış minimumu: alternativ hesablama aparılıb

  • 22 Noyabr 2016
  • comments

5-ci turda ilk gün 5 komandaya düşdü

  • 23 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda