• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gəzməyin xeyri: alimlər araşdırma aparıblar

  • 22 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Müntəzəm gəzinti insanda ürək və qan-damar problemlərinin qarşısını alır, infarktdan, başqa ürək xəstəliklərindən ölüm riskini azaldır. Novator.az-ın məlumatına görə, bununla bağlı amerikalı alimlərin “Creative Nursing” elmi jurnalında məqaləsi dərc olunub.

Məqalənin müəlliflərindən biri, ABŞ-ın Binqhemton Universitetinin müəllimi Pamela Fas bildirib ki, gəzintinin əla məşğuliyyət olduğunu hamı bilir: “İndiyəcən alimlər gəzintinin köməyilə xolesterindən, artıq çəkidən və təzyiqdən qurtulmağın mümkünlüyü haqda müxtəlif fikirlər söyləyiblər. Biz də bunun həqiqiliyini yoxlamışıq”.

“Creative Nursing” jurnalındakı məqalənin müəllifləri olan alimlər Nyu-Yorkda yaşayan 70 gənc və yaşlı qadının həyatını müşahidə ediblər. Onların hamısı gəzintini və sağlam həyat tərzini təbliğ edən proqramlara könüllü qoşulmuş qadınlar olub. Müşahidələrdən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, gəzinti doğrudan da ürək və qan-damar problemlərindən qurtulmağa kömək edir.

Sağlamlıq proqramında iştirak edən həmin qadınlar üzərində aparılan analizlər göstərib ki, qadınlar nə qədər çox gəziblərsə, qanlarındakı xolesterinin miqdarı və qan təzyiqləri də bir o qədər aşağı olub. Qadınların kardioqram göstəriciləri və digər analizlərin nəticələri, o cümlədən qanda piyin miqdarı da normal olub.

Hazırda alimlər kişilərin və müxtəlif etnik qrupların nümayəndələrinin iştirakı ilə daha iri miqyaslı müşahidə aparmağı planlaşdırırlar. Mütəxəssislər bu üsulla gəzintinin kişilərə və ayrı-ayrı irqlərdən olan insanlara təsirini öyrənmək istəyirlər.

16 dövlət əmlakı 2,1 milyon manata özəlləşdirildi

  • 22 Noyabr 2016
  • comments

2007-2017: dövlət büdcəsi necə dəyişib? 

  • 22 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Ekologiya
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda