Novator.az 2016-cı ilin 10 ayının xarici ticarət rəqəmlərinə nəzər yetirib. Qeyd olunan dövrdə Azərbaycanın ixracının 71,56 faizini xam neft, 4,34 faizini neft məhsulları, 10,35 faizini təbii qaz təşkil edib.
10 ayda qara metallar və onlardan hazırlanan məmulatların ixracında 172,08 faiz, iplik pambıq ixracında 34 faiz, elektrik enerjisi ixracında 32,97 faiz, meyvə-tərəvəz ixracında 21,83 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracında 8,5 faiz artım olub (İxrac).
Dövlət Gömrük Komitəsinin yaydığı statistikaya görə, yeyinti məhsullarının idxalı 2015-ci ilin 10 ayı ilə müqayisədə 32,88 faiz artıb. Çay idxalında 189,8 faiz, meyvə-tərəvəz idxalında 126,98 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında 121,34 faiz, ət idxalında 112,99 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 67,76 faiz, şəkər idxalında 47,46 faiz, süd idxalında 31,52 faiz artım var.
Yanvar-oktyabr aylarında buğda idxalı 9,35 faiz azalıb. Tütün və tütün məmulatlarının idxalında 48,51 faiz, nəqliyyat vasitələri və onların hissələrinin idxalında 42,46 faiz, əczaçılıq məhsullarının idxalında 26,53 faiz azalma qeydə alınıb (İdxal).