• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-da prezidenti başqa cür seçmək üçün layihə – Senatın gündəliyində

  • 17 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ-da prezidentin seçilməsi qaydasını dəyişdirmək üçün qanun layihəsi hazırlanıb. Layihənin müəllifi senator Barbara Bokserdir. O, ABŞ Senatına Demokratlar Partiyasından, Kaliforniya ştatından seçilib.

Novator.az xəbər verir ki, Barbara Bokserin layihəsi artıq Senatın gündəliyinə salınıb. Layihədə təklif olunur ki, ölkədə prezidentin Seçicilər Kollegiyası vasitəsilə seçilməsi sistemi ləğv olunsun və prezidentin birbaşa seçilməsi sistemi tətbiq edilsin.

Barbara Bokser bəyan edib ki, ABŞ-dakı hazırkı seçki sistemi köhnəlib və qeyri-demokratikdir. Senator bu yaxınlarda prezident seçkisində Demokratlar Partiyasının namizədi Hillari Klintonun Respublikaçılar Partiyasının namizədi Donlad Trampa uduzduğunu xatırladaraq bildirib: “Biz dünyada yeganə ölkəyik ki, çox səs toplayan namizəd də uduzmuş hesab oluna bilər”.

Qanun qəbul olunarsa, ölkədəki ştatların dörddə üçü 7 il ərzində onu ratifikasiya etməlidir. Çünki ABŞ-ın seçki sisteminin dəyişdirilməsi üçün ölkə konstitusiyası dəyişməlidir.

ABŞ-da sonuncu prezident seçkisi bu il noyabrın 8-də keçirilib. Ümumxalq səsverməsində Respublikaçılar Partiyasının namizədi Donald Tramp 538 nəfərlik Seçicilər Kollegiyasına prezident seçilmək üçün bəs edən 270-dən çox nümayəndə qazanıb və Demokratlar Partiyasından rəqibi Hillari Klintonu udub.

Dövlət başçısını dekabrın 19-da Seçicilər Kollegiyası seçəcək. Seçicilər Kollegiyası ştatların ümumxalq səsverməsində müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarətdir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var. 8 noyabr seçkisində Tramp daha çox ştatda qalib olduğu üçün Seçicilər Kollegiyasına Klintondan çox nümayəndə göndərib. Ölkə üzrə isə Klinton Trampdan 1 milyon çox səs toplayıb.

Dollar yerində qalıb, avro və rubl ucuzlaşıb

  • 17 Noyabr 2016
  • comments

Sərkisyan Rusiya ilə birgə hərbi qruplaşmadan danı...

  • 17 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda