• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məcburi köçkünlərin təminatı: yeni nə gözlənir?

  • 15 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Məcburi köçkünlərin təminatı qaydalarında yeniliklər olacağı barədə iddialar var. Qeyd olunur ki, 2017-ci ildən kommunal xərclərin mərkəzləşdirilmiş ödəniş qaydası ləğv ediləcək, güzəştlər məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətlə birləşdiriləcək. Məcburi köçkünlərdən bu yöndə sənədlərin toplandığı bildirilir.

Novator.az-ın bu barədə sualını cavablandıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr, informasiya, mətbuat xidməti departamentinin rəhbəri Elçin Qədimov bildirib ki, məcburi köçkünlərin təminatı qaydalarında yenilik olacağı barədə məlumat yoxdur: “Komitəyə belə bir rəsmi bildiriş daxil olsa, mediaya informasiya veriləcək”.

Elçin Qədimov əlavə edib ki, məcburi köçkünlərdən sənədlərin toplanması onların hər il yenilənməsi zərurəti ilə bağlıdır.

Azərbaycan qanunvericiliyi məcburi köçkünləri kommunal xərclərdən azad edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onların elektrik enerjisindən, şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan, təbii qazdan, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və digər xidmətlərdən (məişət tullantılarının daşınması və s.) istifadə haqqını müvafiq xidmət təşkilatlarına mərkəzləşdirilmiş qaydada ödəyir.

Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən ayrılan aylıq müavinət də verilir. Müavinəti ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub ölkə ərazisində yaşayan məcburi köçkün statusuna malik şəxslər, hər iki valideyni məcburi köçkün statusuna malik uşaqlar, məcburi köçkün statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlar (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər), məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş şəxslər ala bilər.

Dolların yüksəlişi dayanıb

  • 15 Noyabr 2016
  • comments

Milli pula prezidentin portreti həkk olundu

  • 15 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda